Cennifer Behr papaqları. Dizayner qışda da dəbli görünməyi tövsiyyə edir.


 

Modabaz xanımların yəqin ki, ən az sevdiyi fəsil qışdır. Onlar mövsümün sərt soyuq günlərində də gözəl görünmək, saç və makiyajlarına, aksessuarlarına, bütövlükdə tərzlərinə diqqət yetirmək üçün əllərindən gələni edirlər.

Lakin dizayner Cennifer Behr sərt keçən qış aylarında soyuqdan qorunmaq üçün istifadə etdiyimiz papaqları eyni zamanda dəbli qış aksessuarına çevirməyi bacarmışdır.

Trend rəngləri nəzərə alaraq yüksək keyfiyyətli təbii iplərdən toxunan bu papaqların ən yaddaqalan elementi üzərində biser, daşlar və tikmələrlə bəzədilmiş dekorativ naxışların olmasıdır. 

 
 
Hazırladı: Nailə İskəndərova
 
 






Şərhlər

Menyu