Baku Street Fashion: Dədə Qorqud Parkında Küçə Dəbi

 
Zuleykha jurnalının hər ay davamlı olaraq paytaxt Bakının tanınmış ərazilərində keçirilən Baku Street Fashion layihəsi bu dəfə “Dədə Qorqud” parkında baş tutdu. Park geniş sahəsi, yaşıl ağacları, mərkəzdə yerləşmiş və onu digərlərindən fərqləndirərək şəhər əhalisinin marağına səbəb olan böyük valehedici gölü və insana hüzur verən ab-havası ilə diqqət çəkir. Bu xüsusiyyətlər onu şəhər sakinlərinin tez-tez ziyarət etdiyi məkanlardan birinə çevirib.
 
Dədə Qorqud parkında rast gəldiyimiz bir-birindən dəbli şəhər sakinləri özünəməxsus tərzləri və istifadə etdikləri rənglərlə sanki sərt qış günlərini isitməyə çalışmışlar. Bizi daha çox sport-şıqlığa çağıran qış küçə modasının əsintisi iştirakçılarımızın da kombinlərində öz əksini tapmışdır. Belə ki, bu dəfə də şəhərin modabazları daha rahat, klassik və sadə komponentlərdən maraqlı luklar sərgilədilər.
 
Qışın soyuq havası bizə daha çox üst geyimlərlə diqqət çəkmək fürsəti verir. Bu fürsətdən yararlanan dəb həvəskarları soyuq qış modasının ən isti trendi print və “patchwork”-lü, rəngarəng naxışlı palto və kurtkalar sayəsində çəkici geyimlərdə diqqət çəkirlər. 
 
Xatırladaq ki, Zuleykha jurnalında davamlı olaraq keçirilməsi nəzərdə tutulan Baku Street Fashion layihəsi çərçivəsində Bakının müxtəlif ərazilərində dəbli şəhər sakinlərini sizlərə təqdim etməyə davam edəcəyik. Layihə çərçivəsində şəhərimizin özünə güvənən modabazlarını çəkilişlərdə iştirak etməyə dəvət edirik! Maraqlananlar hello@zuleykha.az ünvanına yazmaqla bizimlə əlaqə saxlaya bilərlər.
 
 
Hazırladı: Nailə İskəndərova
Layihə rəhbəri: Firəngiz Məcidzadə
Foto/Retouch: Teymur Mehdizadə
 


Nərgiz İbrahimova
“Ninka Card” təşkilatının sahibi

 
 


Zeynəb Seyid
Qrafik dizayner

 
 


Aysel Əsgərova
ADRA tələbəsi

 
 


Nərmin Seyidli
Xarici dil müəlliməsi

 
 


Samirə Əfəndiyeva
İfaçı 

 
 


Futbolçu/”LeftOne” brendinin sahibi Nuqzar Kvirtiya
və bacısı Nino Kvirtiya

 
 


Şərqiyyə Vüqarsoy
Biologiya müəlliməsi

 
 








İki dost və fotoqraf
Ruslan Nəbiyev və  Toğrul Qurbanov

 
 


Əminə Amin
Dizayner/”Atelier Emilie” moda evinin təsisçisi

 
 

Şərhlər

Menyu