Qarlı dağlar arasında lüks məkan. PIK PALACE və PARK CHALET Şahdağ otelləri.


 

Ötən ilin dekabr ayında Şahdağda yerləşən PARK CHALET oteli qış tətili üçün qonaqların üzünə açıldı! Qeyd edək ki, otel Marriott brendinin xüsusi portfoliosuna məxsus Autograph Collection qrupuna daxildir.

PARK CHALET oteli təbiət qoynunda gündəlik qayğılardan uzaqlaşmaq üçün ideal məkandır.

Təklif etdiyi 164 geniş nömrəsi, dağlara açılan gözəl mənzərəli, komfortlu otaqları, valehedici görüntüsü ilə otel seçilir. Otaqlarından möhtəşəm dağ mənzərəsi açılan komfortlu nömrələr təbiət ab-havası daşıyan interyeri ilə burada qalan qonaqların istirahəti üçün düşünülmüşdür.
 




 

Otel sizi ixtisaslı aşpazların yaratdığı yemək növlərindən dadmağa dəvət edir, xüsusi interyeri sayəsində yadda qalan restoranları isə burada keçirilən hər xoş günü unudulmaz ana çevirir, tam təchizatlı fitnes və spa mərkəzi rahatlıq tapıb sakit istirakət arzusunda olanların qayğısına qalır.

Səhər, nahar və şam yeməyi təklif edən Aspen Restoranı qonaqlarını komfortlu mühiti, nəfis mətbəxi və ən yüksək xidmət standartları ilə qarşılayır. Mocca Cafe and Pastry istirahət güşəsi günün istənilən vaxtında, xizəklə sürüşməsindən öncə və ya sonra mülayim atmosferdə bir fincan italyan qəhvəsindən və qızardılmış paninidən zövq almağınız üçün təsis olunub. Cinq Mondes Spa ənənəvi və müalicəvi spa prosedurlarının sayəsində qonaqları əzizləyərək qayğısız anlar yaşadacaq.
 
 
 
 


 

PİK PALACE oteli Azərbaycanın paytaxtı Bakıdan 200 kilometr şimalda, Şahdağ Dağlıq Kurortunda yerləşən ən dəbdəbəli məkanlardan biridir. Əzəmətli dağlar arasında yerləşən otel cütlüklər, ailələr və fərdi qonaqlar üçün geniş və lüks otaqlarla maksimum rahatlıq təmin edir. Otelin eksteryeri əsasən üst sinif lüks otel və istirahət yerləri ilə işləyən aparıcı memarlıq studiyası ReardonSmithArchitect, interyeri isə WA International tərəfindən dizayn edilmişdir.

Chocolat Cafe, Alpina Brasserie & Wine Bar, Fujisan Asian Restaurant and Bar, o cümlədən Pik Lounge  qonaqlara ləziz təamlar dadmağa şərait yaradır, dağların əhatəsində lüks istirahət imkanı verir.

 




 
 

Hazırladı: Nailə İskəndərova

 
 

Şərhlər

Menyu