Praktik aksessuarlar. Zuleykha SHOP işgüzar xanımları bəzəyir.

 

 
 

İş yerindəki geyim və aksessuarlarımız işgüzar həyatımız qədər önəmli yer tutur.  Peşəkar görünüş işgüzar davranışımızla bərabər uğur gətirən səbəblərdəndir. Eləcə də etiraf etmək lazımdır ki, son illərin trendləri artıq ofisin konservativ ab-havasına da təsir edərək onu daha rəngarəng, daha maraqlı edə bilmişdir.

Bugün peşəkar görünüş yalnız ütülü ağ köynəklər deyil, artıq ofisin boz divarları arasında eleqant görünüş şərtdir. Bir çox zövqlü xanımlar bu görünüşü minimalist detalların sayəsində yarada bilir, məsələn aksessuarların.
 
 

 

Qadınlar üçün bir sıra fərqli aksessuar kolleksiyası təqdim edən Zuleykha SHOP işgüzar xanımları diqqətsiz qoymur. Bu məqsədlə dress-koduna müasir toxunuşlar qatmaq istəyən işgüzar xanımlar üçün bu ofis kolleksiyası yerinə düşən ideyadır.

Burada kolleksiyaya daxil olan sirğa və qolbaqların hər biri yaddaqalan dizaynı ilə diqqət çəkir. Digər kolleksiyalardan fərqli olaraq bu sırğalar aşırı diqqət cəlb etməmək üçün daha incə və minimalist üslubunda olub sıxıcı ofis ab-havasında qadınsı xarakterinizi vurğulayacaq detal olacaqdır.

Kolleksiyaya daxil olan dəri qolbaqlar ağ qar kimi bəyaz köynəkli işgüzar xanımların biləklərində bir inam rəmzidir.

 
 

Hazırladı: Nailə İskəndərova
Foto: Ənvər Pirməmmədov
Model: Aytac Hacıyeva

 

Facebook: zuleykhashop
Instagram: 
@zuleykhashop

log3
 
 

















 
 

Şərhlər

Menyu