Dəb trendlərini yarada bilmiş məşhur aktrisalar

 

Onlar keçmişdən bugünə aktyorluqları ilə tanıdığımız dəb ikonalarıdır. Bu qadınlar öz filmləri və aktyorluq istedadları ilə bərabər illər keçsə də geyim tərzləri, makiyajları, xarici görkəmlərindəki individuallıqları ilə yadda qalan şəxsiyyətlər olmağı bacarmışlar.

Saysız-hesabsız insana ilham olub, onlara tərz olmağı öyrədən bu qadınlar öz cazibələri ilə illərlə tamaşaçının ağlında dəbli  qadınlar olaraq qalmışlar. Bu xanımlar öz dönəminin örnək alınacaq şəxsləri olaraq öz moda axınını yaratdı.

Yaraşıqlı və cazibədar aktrisaları, yaşadığı illərdə moda aləminə yeni trendlər gətirə bilən bu xanımları ən tanınmışlarını sevilən obrazları ilə bir araya gətirdik.

ODRİ HEPBERN

50-60-cı illərdə könüllərdə taxt quran, zəriflik və eleqantlıq dedikdə ağıla ilk gələn həmən aktrisa. İri günəş eynəkləri, qalın qaşları, qısa pərçimi və kapriləri ilə individual üslub sahibi olan qadınlardandır. O “Breakfast at Tiffany” filmində xüsusən parlayaraq, yaratdığı obrazı ilə milyonlarla insanda dəb ikonası təəssüratını yarada bildi.

 
 
 
 

ODRİ TATU

Məşhur Ameli. Digər bir Odri əfsanəsi “Amelie” filmində eyni adlı obrazı canlandıran və bu rolla dünya miqyasında tanınan fransız aktrisası Odri Tatudur.
2001-ci ildə çəkilmiş filmdə Amelinin özünəməxsus xarakteri ilə yanaşı, vintaj geyim tərzi də xüsusi diqqət cəlb etdi. Rəngarəng  retro təzində geyinən film qəhrəmanı al-əlvan donları, midi ətəkləri, rəngli corabları, maskulen tərzli ayaqqabıları və xüsusən qısa saç düzümü ilə “qızcığaz” obrazını orijinallığı ilə bizlərə sevdirdi.

 
 
 
 

TVİGGİ

60-сı illər, mini ətək kimi yeni trendlərin tanıdılması üçün markalar yeni modellər axtarışındadır. Nəhayət 60-cı illərin ən önəmli siması, stil ikonası və moda dünyasında izi hələ də davam edən Tviggi (Lesli Hornbi) kəşf edilir.
Tərzi ilə dünya şöhrəti olan və modellikdən bir müddət sonra aktrisalıq etməyə başlayan Tvigginin moda dünyasına və cəmiyyətə bəxş etdiyi öncəliklə təsiri çox incə bədən quruluşu və maskulen, androjen tərzdəki geyimləridir.
Lakin qeyd etmək lazımdır ki, dəb ikonası geyim tərzi ilə bərabər xüsusən göz makiyajı da uzun illər gündəmdə qalan bir moda axınına çevrildi.

 
 
 
 

LEYTON MİSTER

 2007-ci ildən çəkilməyə başlayan Gossip Girl modanın önə çıxdığı, markaların bir-biri ilə yarışdığı bir serialdır. Burada hər obrazın özünəməxsus tərzi olduğunu görmək çətin deyil. Serialın əsas obrazlarından Bleyr Valdorfun geyimlərinə baxdıqda qarmaqarışıqlıq, fərqli printlər, rənglər görürük. Lakin hər detal burada özünəməxsus uyğunluğu əks etdirir. Onun obrazlarındakı tamamən uyumsuz deyə biləcəyimiz rəng və aksessuarlar bu dəbli xanımın üzərində xüsusi harmoniyada təqdim edilir.
Bleyrin geyimlərinin əvəzedilməz detalı isə saç aksessuarlarıdır. Şlyapalar, papaqlar, rəngli corablar və paltolarla tamamladığı qış kombinləri serialda onun ən yaddaqalan görüntülərindəndir.

 
 
 
 

ENNİ HOLL

 Bugünümüzdə nadir rastlanmayan bu möhtəşəm bir tərzin virallaşmasında Enni Hollun rolu az deyildir. Bir çox film tənqidçisinə görə Vudi Allenin ən yaxşı filmində Dian Kitonun həyat verdiyi Enni, geyim tərzi ilə illərdir kino aləmində xarici görünüşündə xüsusi tərzinə görə yadda qalır.

 
 
 
 


SARA CESSİKA PARKER
Qəhrəmanlarının ən son dəb trendləri əks olunan filmlərdə çəkilən Sara Cessika Parkeri bu siyahıdan kənar qoymaq olmazdı. Sara çəkildiyi filmlərdə dünya brendlərinin ən praktik və ya ultra dəbli geyimləri illə yadda qalaraq glamur Hollivud ulduzu kimi yadda qalaraq, xüsusən də modabaz xanımların azarkeşlik edib izlədiyi aktrisadır.
Əsasən qadınsı geyim tərzi ilə yadda qalan obrazlarında bugünün işgüzar xanımını və onun qarderobunu əks etdirən xanım həyatda da individual zövqü ilə rəğbət qazanmışdır.


 
 
Hazırladı: Nailə İskəndərova

 
 

Şərhlər

Menyu