Sürreal kollajlar. Anna Bu Kliverin insan və təbiət hibridləri.


 
 
Almaniyada yaşayan ukraynalı rəssam Anna Bu Kliver analoq və rəqəmsal kollajları ilə tanınır. 19 yaşından dünyayı səyahət edən Anna bugünədək 7 müxtəlif ölkədə yaşayıb. Kanada və İngiltərədə incəsənət üzrə təhsil almış istedalı xanım hazırda Londonda yaşayır və sevdiyi işlə məşğul olur.

O, üzsüz insanların təbiətlə tamamlandığı və bundan qeyri-adi hibridlərin ortaya çıxdığı maraqlı sənət dünyası meydana gətirir. Annanın yaratdığı kollajların özəlliyi onların təbiət və insanı bir araya gətirən müxtəlif komponentlərdən ibarət parçaları birləşdirərək sürreal mənzərələr yaratmasındadır.
 
 
Hazırladı: Nailə İskəndərova
 
 




  










 
 
 

Şərhlər

Menyu