Uşaq süfrəsini daha əyləncəli etməyin 5 üsulu

 Balacalara yemək yedizdirmək bəzi anaların ən zəhlətökən prosesidir.. Bəzən bu saatlarla vaxt alır.
Uşaqlar səhərlər, həftəsonları və ya dərsdən sonra, oyun və ya məşqlər zamanı hiperaktiv olduqlarından yemək prosesi çox hallarda neqativ hadisəyə çevrilir.

Xüsusən də aktiv həyat yaşamaq istəyən valideynlər evdən kənar səfərləri təxirə salır, uşaqlarla evdən çıxmaqda çətinliklər yaşayır.
Kreativ analar bu məsələyə daha yaradıcı yanaşaraq bu məsələnin də həllini kəşf etmişlər!
Belə ki, nadinc körpələri olan analara övladları oyun oynayarkən və ya səyahət zamanı yeməklərindən qalmamaları üçün bəzi tövsiyyələr hazırladıq. 

 
 

KREATİV KONTEYNERLƏR
Şüşə banka və süd qutusundan hazırlanan yüngül mətbəx əşyası belə hallarda sizin xilaskarınız olacaq. Bu qab ən çox kiçik ölçülü çərəzlər üçün istifadə oluna bilir.
 
 

YEMƏK SƏBƏTLƏRİ
İstifadə etmədiyiniz sap və ya muncuq qutuları həmçinin daşınabilən yemək səbətinə çevrilə bilər. Onun içinə meyvə, tərəvəz, krekerlər və ya pendir kimi faydalı ərzaqlar yığa bilərsiniz.
 
 

KƏPƏNƏK TORBALARI
Balaca plastik torbaları paltar asmaq üçün sancaqlar və ya tellər vasitəsilə kəpənəklərə çevirin. Bunu həmçinin rəngli saplarla da edə bilərsiniz.  Bu ideya vasitəsilə yemək prosesi uşaqlara daha əyləncəli olacaq.

 
 

DONMUŞ MEYVƏ ŞİŞLƏRİ
Nədənsə uşaqlar adətən ziyanlı qidaya daha meylli olur, faydalı meyvə və tərəvəzi sevmir. O zaman görüntücə onların sevimli dondurmalarını xatırladan dondurulmuş meyvə şişlərini nə deyirsiniz?

 
 

FİQURLU MEYVƏLƏR

Uşaqlar kiçik yaşlarında daha dağınıq fikirli olur. Bəs onların fikrini süfrəyə necə cəmləşdirməli? Bəlkə sevdikləri cizgi filmi qəhrəmanları, heyvan və ya bitki formalarını boşqablarında canlandırmaqla?

 
 

Hazırladı: Nailə İskəndərova
 
 

Şərhlər

Menyu