Sürrealizm VIKTOR & ROLF gəlinliklərində

 

 

İki istedadlı dizaynerin Viktor Rolfun birlikdə hazırladıqları kolleksiyalar inqilabçı tərzi və valehedici modelləri ilə dəb aləmində artıq ön sıralarda olmağı bacarıb. Hər zamankı kimi moda dünyasının diqqətini özündə toplamağı bacaran brend gəlinlik kolleksiyasında da yenidən sürrealizmi yüksək məharətlə nümayiş etdirməyi bacardı.

Atlas parça üzərindəki incə və orijinal gül işləmələri, qabarıq tül parçaların ahəngi ilə bərabər, gəlinliyə xas olmayan praktik dizaynlı yığcam donlar və ya düz kəsimli bəyaz libaslar gəlinlik mövzusunda yenilikçidir.

Viktor&Rolf 2017 Gəlinlik kolleksiyasının bəzi nümunələrində gəlinliklərin diqqət mərkəzində saxlanılması üçün müəyyən işləmələr və xüsusi formalı kəsimlərdən istifadə edilmişdir.

Kolleksiyanın digər yaddaqalan elementi buraya daxil olan şalvar və ya kombinezon modelləri, eləcə də ekstra qısa gəlinlik fatalarıdır.

 
 

Hazırladı: Nərmin Bağırova

 
 


 
 

Şərhlər

Menyu