Miracle Cards Project. Səmimi arzuları açıqçalarda göndərin.

 

 

Müasir texnologiya nə qədər inkişaf etsə də real həyatda bir-birinə isti və səmimi arzular göndərmək hələ də öz aktuallığını itirməyib. 2010-cu ildən bədii fotoqrafiya ilə məşğul olan İrina Abdullayeva 35 müxtəlif görünüşlü və məzmunlu açıqçalar çap edir. Əsasən uşaqların fotolarını çəkməyi sevdiyini deyən fotoqraf onların emosiyalarının, sərbəstliyinin və məsumluğunun köməyilə dünyanı fotolarda görmək istədiyi kimi əks edir  və cəmiyyətə bu məzmunu açıqçalar vasitəsilə çatdırır.

Əl ilə və qəlbən yazılmış sözü sosial şəbəkədə göndərilən heç bir ismarıcın əvəz edə bilmədiyini ifadəli şəkildə vurğulayan açıqçalar “Əllərinlə yaz, isti qəlbinlə bölüş” ismarıcı ilə paylaşılıb. Çünki bu hisslər açıqçanı ilk əlimizə aldığımız andan bir il sonraya qədər belə yaddaşımızda xoş bir xatirə kimi qalacaq.

Dünyanın müxtəlif yerlərindən insanları Miracle Cards Project layihəsi ilə cəlb edə bilən İrina dünyamızı daha mehriban və səmimi məkana çevirə biləcəyimizə ümid edir.

 

Hazırladı: Nailə İskəndərova

 
 














 
 

Şərhlər

Menyu