Instagramın məşhur hicab bloqeri İman Əsri minimalizmi özünə tərz seçir.


 

 Tərzli görünüşün əsas cəhətləri doğru modelləri doğru rənglərlə kombinləşdirməkdən ibarətdir. Təbii ki, bunları bədənimizə uyğun geyinə bilmək də şərtdir.
Soyuq havanın seçdikləri üsluba təsir etməsinə izin verməyən hicablı xanımlar bu mövsümdə də sadə və gündəlik geyimlərlə qüsursuz bir harmoniya yarada bilir. Qışın soyuq ay olmasına baxmayaraq, solğun rənglər bu fəsildə də minimalist üslubda geyinməyinizə imkan verir. 

Stokhomlda yaşayan Mərakeş əsilli  moda bloqeri İman Əsrinin qarderobunda sevdiyi pastel rənglərin hesabına ən zövqlü minimalist hicab tərzini yarada bilmişdir. O, bu müasir görünüşlü Şərq qadını tərzini “oversize” maskulen paltolar, rahat sviterlər, bol kəsimli ətəklər, ağ, qara və ya boz tonlarla etdiyi ekperimentlər nəticəsində alır. İman öz tərzində hər zaman sanki individuallığı sərgiləmək üçün yalnız çəkici al-əlvan rənglər deyil, geyim və aksessuarlarda sport tərzlə kobinləşdirilə bilən digər incə detalları, neytral rənglərlə pastel tonları bir araya gətirə biləcəyinizi inandırmağa çalışır. 
 

Fashion with Faith adlı altında tanınan bu hicab bloqerinin bu gün bütün dünyadan artıq 100.000-dən yuxarı izləyicisi vardır. Eləcə də tez-tez sevdiyi sadə rəngləri istifadə edərək bəsit hicab bağlama modelləri nümayiş edən bloqer fərqli reklam kampaniyalarında çəkilir və yeni brendlərlə əməkdaşlıq edir.

 
 

Hazırladı: Nailə İskəndərova

 
 

 










    
 
 

Şərhlər

Menyu