Podiumlardan Yeni il ziyafətlərinə daşınan trendlər

Bu mövsüm məşhur brendlərin kolleksiyalarında son dərəcə şıq, zərif və iddialı ziyafət geyimlərinə tez-tez rast gəlinir. Moda dünyasını qısa zamanda öz əlinə alan, müxtəlif kəsimlərlə ard-ardınca bir çox kolleksiyada qarşımıza çıxan məxmər ziyafət geyimlərində hər zamankından daha da parlaq pulcuqlar, incə işlənmiş tüllərlə podiumlarda nümayiş olundu. 

 

Ötən mövsüm ən məşhur moda evləri üstünlüyü daha çox midi ətəklərə verməsinə baxmayaraq, qış trendlərində mini və uzun ətəklər məxmər və vinil materiallar üzərində Yeni İl ziyafətlərinin olmazsa olmazı olan işıltılı pulcuqlarla qovuşaraq podiumların ən favorit modellərinə çevrildi.

Ziyafətlərin və təmtəraqlı gecələrin işıltısı olan parlaq pulcuqlar və kristal muncuqlara bu mövsümdə daha çox DOLCE GABBANA, MAX MARA kimi tanınmış markaların fərqli işləmələr və printlərlə dizayn edilmiş libaslarında rast gəlindisə, Rochas bu trendi bol kəsimli midilərində, VERSACE isə sürreal portretləri xatırladan cəsur minilərində nümayiş etdi.

Eləcə də, son moda nümayişlərinin proqnozlarına görə dəbdəbəli ziyafətlərin ən yaddaqalan elementi tül ətəklər yeni modelləri ilə Yeni İl gecəsinə daha bir əyləncə qatmış olacaq. VALENTİNO zərif və çılğın balerinaları,  FENDİ daha çox innovativ kəsimli aplikasiyalı libasları, ALBERTA FERRERRİ  gül formalı işləməli mini ətəkləri və GUCCİ-nin göyqurşağını xatırladan rəngarəng printli ziyafət modelləri bu mövsümün ən diqqətçəkən nümunələridir.

Hazırladı: Nailə İskəndərova



















Şərhlər

Menyu