Zərli bronz göz kölgələri. Yeni il axşamı diqqət gözlərə!


 
 

Dünyaca məşhur brendlərin Payız-Qış 2016/2017  podiumları ilə birlikdə mövsümün makiyaj trendləri də artıq bəlli oldu. Bu il soyuq ayların ən son yeniliklərindən biri illərdir favorit olan makiyaj trendinin yenidən həyatımıza qayıtması oldu.

İlin bu makiyaj trendi cəsurluğu və parlaq görüntüsü ilə diqqət çəkir.
Zərli bürünc göz kölgələri bu mövsüm modabaz xanımlar arasında tez bir zamanda yayılaraq gecə və ziyafətlərlə bərabər günlük istifadəyə də uyğunlaşdırılmışdır. Göz qapaqlarında parlaq bir zəmin yaradan bu parlaq göz kölgələri eyni zamanda baxışlarımıza dərinlik qataraq ifadəliliyi bir daha vurğulayır. Soyuq ayların qarderobunu günəş rəmzini xatırladan rəng çalarlarını özündə toplayan bu parlaq makiyajla bəzəməklə özünüzü zahirən isitmiş olacaqsınız.

Yeni il axşamına bayramın özü qədər əyləncəli bir makiyajla, bir qədər də ekstravaqant görünüşlə girməyə dəyər.
 
 
Hazırladı: Nailə İskəndərova

 
 
 








 
 

Şərhlər

Menyu