Ton Sur Ton | Təpədən topuğa tək rəng


 
 

Anbəan dəyişən moda dünyasında illərdir dəbdə olan, bəzən də özünün çiçəklənmə dövrünü yaşayan “Ton Sur Ton” üslubu qarşıdan gələn il yenidənmi trend olacaq? 
 

Fransız mənşəli bu sözün mənası dilimizə “ton üzərinə ton” deyə tərcümə olunur. Bu trend könlümüzü oxşayan rəngi seçərək əynimizdəki kombinin bütünlüklə eyni rəngə və onun digər çalarlarına boyamağa izin verir. “Ton sur ton”-un ən özəl tərəfi göz yormaması və rəng qarmaşasına yer verməməsidir.

İndi isə keçək üslubun qarderoba uyğunlaşdırma qaydalarına. İlk növbədə monoxrom (tək rəng kombini) modasından fərqli olaraq “Ton sur ton”-da rəng seçimi imkanları daha çoxdur.  Unutmayaq ki, bu üslubda ayaqqabıyla paltarı, kəmərlə çantanı, köynəklə şalvarı, habelə aksessuarları bir rəngin fərqli tonları ilə kombinləməklə individual moda axımınızı yarada biləcəksiniz. 

 


 

Eləcə də qeyd edək ki,  “Ton sur ton” yalnız bir rəngin fərqli tonlarının istifadə edilməsi demək deyil. Bu həm də yaxın rənglərin bir kombində cəmləşməsidir.

Kombinlərinizi təpədən topuğa ton-sur-ton da edə bildiyiniz kimi, eləcə də üzərinizdəki bəzi elementləri tonlaşdırıb digər aksessuarları isə bu rəngə yaxın olanı ilə geyinə bilərsiniz. Bir sözlə, bu üslub həm rəngarənglikdən qaçan, həm də çəkiciliyi sevən modabazlara geniş eksperiment imkanı yaradır. 

 
 

Hazırladı: Şəbnəm İsrayılova

 
 












 
 
 

Şərhlər

Menyu