Baku Street Fashion: Yeni ildə Bakının mərkəzində Küçə Dəbi

 

Zuleykha jurnalının Baku Street Fashion layihəsi çərçivəsində həyata keçirdiyi bu aykı çəkilişi paytaxtımızın mərkəzi hissələrindən biri olan Fəvvarələr Meydanının rəngarəng və göz oxşayan bayram mənzərələri arasında baş tutdu.

Mövsümün ən maraqlı anlarını yaşadığımız bu günlərdə layihə iştirakçılarımızın dəbli və diqqətçəkən kombinləri Bakımızın küçələrində bayram dekorasiyası ilə harmoniya yaradaraq şəhərə əyləncə havası gətirmişdir.

Bu günəşli qış günlərindən birində keçirdiyimiz çəkiliş zamanı şəhər əhalisinin ən çox sərgilədiyi yeni il simvolu olan qırmızı rəng və onun müxtəlif tonlarına tez-tez rast gəldik.

Xatırladaq ki, Zuleykha jurnalında davamlı olaraq keçirilməsi nəzərdə tutulan Baku Street Fashion layihəsi çərçivəsində Bakının müxtəlif küçələrində dəbli şəhər sakinlərini sizlərə təqdim etməyə davam edəcəyik. Layihə çərçivəsində şəhərimizin özünə güvənən modabazlarını çəkilişlərdə iştirak etməyə dəvət edirik! maraqlananlar hello@zuleykha.az ünvanına yazmaqla bizimlə əlaqə saxlaya bilərlər.
 
Hazırladı: Nailə İskəndərova
Foto/Retouch: Teymur Mehdizadə
Layihə rəhbəri: Nigar Hacızadə
Layihənin assistenti: Firəngiz Məcidzadə

 
 

Lola İvanova
PR və Tədbir Mütəxəssisi

 



 

“Yoga Şahi” məktəbinin təsisçiləri Sabina Şahi
həyat yoldaşı Anar Şahi

 

“Mexmeri Blog” İlahə Hüseynova
Bloqer/ stilist



Məktəbli Nigar Anoxina
Maliyyəçi Samir Orucov

 

Famil Eminli
SMM/Model

 
 

Şərhlər

Menyu