Yeni ilin ən zərif hədiyyəsi. ZULEYKHA SHOP-un gözqamaşdıran boyunbağı kolleksiyası

Yeni il, əyləncə, hədiyyələr..
Boyuna sarılan bu zəriflik həm Sizin, həm də yaxınlarınızın ən unudulmaz Yeni il hədiyyəsi olacaq!

 Zuleykha SHOP-un sinədə parlayan ulduzları xatırladan boyunbağı kolleksiyası gözqamaşdırıcı dizaynı ilə Yeni İl axşamı diqqətləri özünə çəkəcəyini vəd edir. Müasir dövrün ən son dəbini özündə birləşdirən, iddialı və ismi uzun zaman dillərdə dolaşacaq bu kolleksiyanı son trendləri izləyən xanımlar xüsusən sevəcək. Kolleksiyaya daxil olan bu universal dəst istərsə gündəlik, ziyafət, önəmli görüşlər, istərsə də tək halda, yaxud çokerlərlə asanlıqla dəstləşdirilə bilir.

 

Özündə 6 fərqli rəngi cəmləşdirən açar boyunbağılardan ibarət digər incə və şıq kolleksiya isə ziyafət libasınıza zəriflik toxunduracaq. Gözqamaşdıran daşların sayəsində işıldayan bu boyunbağıları digərlərindən fərqləndirən mərkəzdə yerləşdirilmiş rəngli kristal daşlardır.

Zuleykha SHOP-da bu və ya digər aksessuarlar haqda ən son yeniliklərlə tanış olmaq üçün online butikin sosial şəbəkələrdəki səhifələrini izləyə bilərsiniz.

 Facebook: zuleykhashop
Instagram:
@zuleykhashop
log3

 

 Hazırladı: Nailə İskəndərova
Foto: Ənvər Pirməmmədov







 

Şərhlər

Menyu