Zuleykha SHOP-dan 12 trend sırqa modeli

Zuleykha jurnalı özünə aid Zuleykha SHOP adlı yeni aksessuar kolleksiyasını təqdim edir. Fərqli aksessuarları bir araya gətirən brend soyuq qış aylarında da dəbli qalmağı və bunu günün trendlərini əks etdirən aksessurlar ilə, xüsusən ən vacib detallardan olan fərqli sırğalar ilə etməyi tövsiyyə edir.

Zuleykha SHOP sırğa kolleksiyası müasir lüks fəlsəfəsini və yenilikçi dizayn anlayışını əks etdirir. Mükəmməl dizayna malik aksessuarlardan ibarət kolleksiya brend üçün ənənəvi olan estetik minimalizm çərçivəsində təqdim edilmişdir.

Zamanı addayan bu neytral və klassik  kolleksiya ilə vücud tipindən asılı olmayaraq hər kəs öz tərzini tamamlaya biləcək.

Hazırladı: Nazlım Veyisova
Foto: Ənvər Pirməmmədov

 

 Facebook: zuleykhashop
Instagram: @zuleykhashop

log3

 

Kənarları həndəsi formalı, qara və qızılı rəngin balansını ən gözəl şəkildə təqdim edən və özünəməxsus dizaynı ilə seçilən model fərqliliyi sevən xanımlar üçün idealdır.

İri ürək formalı kristaldan dizayn edilmiş sallanan metal işləməli model öz harmonik görüntüsü ilə ilk baxışdan orijinal görkəminə görə diqqəti üzərinə cəlb edir.

Qızılı işləməli və halqaların birləşməsindən ibarət bu model minimalist dəbi sevənlər üçün nəzərdə tutulmuşdur.

Dizaynında qara detallardan və qızılı metal dairələrdən istifadə olunmuş bu model  kolleksiyanın özünəməxsus vizuallığa malik parçasıdır.

Şərq motivi hesab edilən ay və ulduzu kolleksiyada bir araya gətirən model incə işləməli kristalların sayəsində zəriflik təəssüratı yaradır.

 

Minimalizmdə kontrast.  Və ya düz xətlə dairənin bir sırqa modeli üzərində birləşməsi ən son moda trendinə bir nümunədir.

 

Mərkəzində dairəvi mərməri xatırladan detal yerləşdirilmiş bu spiral şəkilli sırqa model sahibəsinə standartdan kənar, fərqli görüntü bəxş edəcəyini vəd edir.

 

İlk baxışdan tacı və eləcə də gözü xatırladan bu sırqa modeli özünə inamlı və ifadəli gözlərə sahib xanımlara xüsusən həsr edilmişdir. 

 

Mərkəzində mirvari yerləşdirilmiş gümüşü uzun parlaq zəncirlərdən ibarət bu modeli parlaq edən onun bütünlüklə kristal daşlardan ibarət olmasıdır.

 

Ön və arxa hissələrdən ibarət olan ən son sırqa trendləri moda tendensiyalarını yaxından izləyən xanımlara artıq tanışdır. Onların kristal daşlar üzərində tamamlanmış modelləri bu sırqaları həm ziyafətə, həm də gündəliyə taxılma imkanı yaradır. 

 

Bir-birinə keçirilmiş qızılı metal hissələrdən ibarət bu model dairəvi kürə içərisindəki kristal daşlardan ibarətdir. O şıqlığı və sadəliyi məharətlə bir arada ifadə edə bilir. 

Saçaqların kristalla birləşməsi mümkünsüzdür? Ön hissəsi  kristal daşlardan ibarət dairəvi kürə, arxadan isə saçaqla bağlanan bu sırqa ənənəvi aksessuar modellərinə bir yenilikdir. 

 

Şərhlər

Menyu