TREND | Dekabrın Seçməsi | Leopard printli üst geyimlər


 
 

Ənənəvi print və naxışlar hər il olduğu kimi bu il də diqqətdən kənarda qalmadı və payız-qış mövsümünün trendləri arasında öz yerini tuta bildi. Məşhur dizaynerlərin kolleksiyalarında  tez-tez rast gəldiyimiz, öz rəng çalarları, cazibədarlığı, zamansızlığı ilə əksər qadınların zövqünü oxşayan  leopard printli geyimlərin bu mövsüm podiumlarda, moda həftələrində möhtəşəm geri dönüşünü izlədik. Givenchy, İsabel Marant, Dries Van Noten  kimi  böyük  markalar bu köhnəlməyən, zamana meydan oxuyan printlərin təcəssümünü 2016-2017 Payız-Qış kolleksiyalarında sərgiləyərək leopard printlərə yenidən böyük maraq yaratdılar.

Sonsuz və təəccüblü dərəcədə çox yönlü,  klassik bir dizayna çevrilən leopardan bu mövsüm “street style” və moda həftələrindən də gördüyümüz kimi üst geyimlərdə, paltolarda daha çox istifadə olunur. Bu iddiali və cəlbedici printi geyinmək  təbii ki, çox diqqət və cəsarət tələb edir. Lakin düzgün kombin edildikdə leopar moda sevərlərin ən yaxın dostu ola bilər. Tərzindən asılı olmayaraq zövqünə güvənən xanımlar istər sport, istər klassik, istərsə də şıq görünmək və girdiyi istənilən məkanın ən diqqət çəkən, iddialı görüntüsünə sahib olmaq üçün leopard dizaynlı paltolardan və digər üst geyimlərdən rahatlıqla istifadə edə bilərlər.
 
 
Hazırladı: Nailə İsgəndərova
 
 

 

 
 

Şərhlər

Menyu