EDITORIAL: Zuleykha SHOP ilk foto-layihəsində 5 sosial xanımı Yeni il ruhunda canlandırdı!

5
 
 

Zuleykha jurnalının yeni il qabağı fəaliyyətə başlamış online alış-veriş imkanı yaradan digər internet layihəsi Zuleykha SHOP hazırda sosial şəbəkələrdə aktiv 5 zərif xanımı əyləncəli Yeni İl foto-layihəsi üçün bir araya gətirdi. Bu online layihənin ilk təqdim etdiyi məhsullar qadınlar və balaca şahzadələr üçün nəzərdə tutulmuş aksessuarlardan ibarət idi. Burada yaraşıqlı zərif boyunbağılar, ən son trend dizaynlarına görə hazırlanmış müxtəlif sırğa modelləri şəhərin dəb sevər xanımlarının qarderobunu zənginləşdirmək imkanı yaradır. Butikin məqsədi şəxsi alış-veriş, eləcə də hədiyyəlik aksessuar seçimini çətin deyil, əksinə onu təqdim etdiyi fərqli çeşid ideyaları vasitəsilə zövqverici məşğuliyyətə çevirməkdir.

Butikin ilk Editorial foto-layihəsi, bayram ab-havalı, enerji dolu kadrlar əks olunmuş fotoşəkilləri məhz peşəkar fotoqraf Ruslan Nəbiyevə həvalə edildi. Ruslanın peşəkar təcrübəsi məhz moda və digər bədii üslubları əhatə etdiyi üçün o modellərlə çox asanlıqla dil taparaq layihəni gözləniləndən də daha rəngarəng əks etdirə bildi. Layihə üçün seçilmiş modellər onun kamerası qarşısında nəinki foto, eləcə də musiqili videoda əyləndilər.

Bakının ən sosial aktiv xanımlarına gəldikdə isə, çoxlarımızın tanıdığı bu xanımlar bu dəfə Yeni illə əlaqələndirilən bir çox fərqli detallarla müxtəlif sirli və bir o qədər də əyləncəli obrazları canlandırdılar.  Yeni il qoxan bu foto-layihənin baş qəhrəmanlarından biri ən dəbli moda bloqeri  iBlondee (Günel İsmayılova) il boyu hədiyyə almaqda bütün rekordları vurduğu üçün öz obrazında da hədiyyə qutusu ilə sanki bayramda doğmaların bir-birinə bağışladığı sevinc nəşəsini canlandırmağa çalışır. Yeni il dedikdə süfrədə ilk ağıla gələn, bu bayramın ənənvi simvollarından olan Paytaxt salatı təsadüfi deyil ki, məhz masa və yemək şəkilləri ilə tanınan istedadlı yerli fotoqrafımız Günel Fərhadlının şən obrazını tamamlayır. Ardınca tanınmış bloqer Turanə Hüseynlinin yaratmış olduğu obrazda naringi qarşıdan gələn ilin sizin üçün şanslı olacağına işarət edir. Yeni il axşamında gur işıqları ilə əhvalınıza bayram havası qatan şam ağacı mütləq evinizi bəzəməlidir. Buna görə gözəl siması ilə növbəti obrazı canlandıran Arzu Hadiba alovlandırdığı qığılcımlarla növbəti ildə də ulduzunuzun hər zamanki kimi parlamasını diləyir. Layihənin ən cavan iştirakçısı, sosial şəbəkələrdə yeni parlamağa başlayan Aida Çələbili isə sanki yeni il tortu ilə xoşbəxt başlanğıclar üçün şirin bir toxunuş diləyir.

Bu obrazlar təbii ki, peşəkar stilistlər olmadan ərsəyə gələ bilməzdi. Hər zaman Zuleykha jurnalında kreativ obrazlar yaradan komandası ilə tanınan məşhur gözəllik mərkəzi İn Studio– nun təcrübəli ustaları bu dəfə də bizimlə idilər. Nigar İbrahimlinin rəhbərliyi ilə uzun illər şəhərimizin xanımlarına ən son trend obrazlarını bəxş edə bilən ustaları bir çətir altına toplayan bu gözəllik mərkəzi bu dəfəki yaradıcı tapşırığın öhdəsindən də layiqincə gəldi.

Sonda Zuleykha SHOP-da bu və ya digər aksessuarları tanış olmaq istəyənlərə butikin sosial şəbəkələrdəki ünvanlarını qeyd edirik.
 
Facebook: zuleykhashop
Instagram: @zuleykhashop

log3
 
 
 
 
 
 
 
 
Hazırladı: Nazlım Veyisova
Foto/Video:  Ruslan Nabiyev
Stilist: Aynur Əlibəyli
Layihə rəhbəri: Nigar Hacızadə
 
 

 
 
4

1

2

3

6

9

7

10

8

11

12

13

14

15

18

16

17

20

22

21
 
 

Şərhlər

Menyu