KİNO | Sara Cessika Parker “Boşanma” adlı serialda çəkildi

m-cov
 

Sara Cessika Parkerin baş rolda oynadığı “Boşanma” (Divorce) serialı günümüzün qlamur qadınlarının diqqətini ilk seriyalardan özünə cəlb etməyə bacarmışdır.

2016-ci ildə HBO kanalı üçün Şeron Hoqan tərəfindən qara komediya üslubunda yaradılan bu serial boşanma ərəfəsində olan iki nəfərin həyatından bəhs edir.

 

m1

 

Ümumilikdə isə iki yetkin insanın arasında bir-birinə hörmətin qalmadığını və mehribanlıq hissinin tam soyuduğunu əks etdirən bu serial tamaşaçılara xoş əyləncə yerinə daha çox üzücü xəbərdarlıq kimi görünə bilər.

Nəzərə alsaq ki, bir çox işgüzar xanımının həyatında baş verənlər ilə bu serialda cərəyan edən hadisələr üst-üstə düşür, bu filmin günümüzün reallığını əks etdiyini deyə bilərik. “Boşanma” serialı bir çoxlarının gələcəkdə atdıqları addımlarını bir daha düşünməyə vadar edəcək bir həyat dramıdır.
 
 

Hazırladı: Rəhimə Hacıyeva
 
 

 

 

 

 

Şərhlər

Menyu