Türkiyədə ilk FAİRMONT oteli məhz İstanbulda açılacaq

location-with-logo
 
 

1907-ci ildə təməli qoyulan, bir əsr dünyanın lüks otel markaları arasında yer alan Fairmont brendinin Türkiyədəki ilk oteli Fairmont Quasar 2017-cil il yanvarın 16-da açılış edəcək.

Bosfor boğazının yamaclarında yüksələrək, əsrlik tarixlə əhatələnən Fairmont Quasar rəngarəng yan küçələrlə bazarların müasir alış-veriş mərkəziylə toqquşduğu məkanda yerləşir. Şəhərin ən işlək bölgəsi Məcidiyə köydə yerləşən otel bu yerlərin möhtəşəm hekayələrlə dolu keçmişinin və dinamik gələcəyinin də bir parçası olacaq.
 
 

_dsc1613

_dsc1642

 
 

Fairmont Quasar hər biri möhtəşəm mənzərəyə sahib 209 otaqla təmin olunub. Otaqlar yetərincə rahat, geniş əraziyə malik və müasir avadanlıqlarla təşkil olunub. Burada ləziz koktellərdən tutmuş, türk yeməklərinə qədər fərqli restoranlar və barlar, şəxsi və biznes tədbirləri üçün müxtəlif ziyafət zalları xidmət göstərəcəkdir. Qonaqlar üçün qaldıqları müddətdə 9 müalicəvi otaqlarda, türk hamamlarında, qapalı hovuzlarda, yoqa otaqlarında istirahət etmək üçün hər cür şərait təşkil olunub.

Brend öz nüfuzlu kurort və dəbdəbəli otelləri ilə tanınır və yerli mədəniyyət, tarix və mətbəxə uyğun olaraq fərqli şəkildə dekorasiya olunur.
 
 

kai-winkler2
 
 

Dünyanın tanınmış 5 ulduzlu otelləri arasında yer alan Fairmont-un İstanbulda qapılarını açmağa hazırlaşdığı bu otel  İstanbuldakı rəhbərliyi Kain Vinklerə həvalə olunub. O daha öncə Almaniya, Avstriya, Çex Dövləti, Çində, Türkiyədə fərqli lüks otellərdə çalışmışdır.

“Ölkədəki ilk Fairmont otelini açmaq üçün Türkiyəyə yenidən qayıtdığıma həqiqətən çox xoşbəxtəm. Mən və komandamın məqsədi qonaqlarımıza uzun müddət yaddaşlarında qalacaq anları yaşatmaqdır. Biz İstanbulda yüksək qonaqpərvərlik, mükəmməl xidmət, yerli adətlərə uyğun yeni konseptlərlə çalışan bir marka olacağıq. Bu mükəmməl komanda ilə rəhbərlik etdiyimdən məmnunam və yaxın zamanda qapılarımızı açıb qonaqlarla görüşəcəyimiz günü səbirsizliklə gözləyirəm.” deyə cənab Vinkler otel haqda gözləntilərini beləcə bildiri.
 
 

Hazırladı: Nigar Məmmədova

 

 

 

 

Şərhlər

Menyu