EKSKLÜZİV: Azerbaijan Fashion Week iştirakçsı dizayner Kristof Qilerme “fashion” haqda

z1

 
 

Keçdiyimiz həftələrdə Bakı şəhərində növbəti Azerbaijan Fashion Week tədbiri baş tutdu. Zuleykha jurnalının media dəstəyi olduğu layihədə bir sıra tanınmış simalar iştirak edirdilər. Daş Salnamə muzeyində keçirilən tədbir möhtəşəm gecəsi ilə hələ haqqında çox danışılacaq gecələrdən idi. Qonaqlardan ən diqqət çəkəni yəqin bir çoxlarınızın da tanıdığı məhşur fransız dizayner Kristof Qilerme idi.

Bildiyiniz kimi Kristof Fransanın məhşur Duperre incəsənət məktəbinin yetriməsidir və karyerasına başladıqdan bu yana bir çox məhşurları geyindirməklə bərabər, artıq Kann festivalının tanınmış simasına çevrilmişdir. Dünyaca məhşur dizayner redaksiyamızın suallarını cavablandırdı.

 
 
 

– Azərbaycanlı izləyicilərin Kann festivallarından, sosial mediadan tanıdığı bir Kristof Qilerme var. Bəs əslində Kristof kimdir? Oxucularımıza özünüzdən bəhs edin.

– Çox şadam ki, siz məni Kann festivalından tanıyırsınız. Mən festivalda artıq 12 ildir ki, iştirak edirəm. Mənə elə gəlir ki, 18 il bundan əvvəl Duperre incəsənət məktəbini bitirdikdən sonra Paris dəb aləmində özümə yol tapa bilmişəm. Mən Paris Hilton, Culi Qayet, Viktoriya Bonya, Viktoriya Silvstedt kimi məhşurları geyindirirəm. Mən evdə oturmağı sevən adamam. İşimdən əlavə dostlarımla nahar və ya şam etməyi xoşlayıram və Asiya kinolarını çox sevirəm. Əvvəlllər üzgüçü olmuşam, odur ki, tez-tez üzməyə gedirəm. Səhər tez oyanmağı sevmirəm. Ancaq özümü bu barədə tərbiyə etməyə çalışıram.
 
 

z2
 
 

–  “Fasion” sahəsi çox rəqabətcil bir dünyadır. Bu gün karyerasında yaxşı bir yerdə olan Kristof Qilerme var. İşə yeni başlayanda ən çox rastladığınız çətinlik nələr olub?

– Mən bu barədə öz bəxt ulduzuma minnətdaram. İşimə yeni başlayanda əlbəttəki, səhvlərə yol vermişəm. Ancaq bu 2000-ci illər yəni, internetin yeni yayıldığı dövr idi. Bu proses mənə çox şeyi qaydaya salmağa kömək etdi.
 
 

– Moda dizayneri olmaq, həm də qlamur olmaqdır kimi bir fikir var. Sizcə də moda dizayneri həmişə göz qamaşdırıcı olmalıdır?

– Ən çətin iş medianı sənin işinlə maraqlandırmaqdır. Lakin tez anladım ki, ulduzları geyindirərkən mən medianı öz işimlə maraqlandırıram. Və bu mənə çox kömək edir.
 
 

Kanın qırmızı xalısında külək əsdirmiş Kristof Qilerme bu yolu getmək istəyən gənc dizynerlərə nə məsləhət edərdi?

– Bu işdə istedaddan çox daim yeni idealarla davam etmək lazımdır. Çünki bir çox dizaynerlər 1-2 nümayişdən sonra aradan çıxırlar, ya da itirlər.
 
 

– Şanel qara donu qarderobunuzdan əksik etməyin dedi, müasir dizaynerlər bir t- shirt və cins qarderobunuzda mütləq olsun deyirlər. Bəs Kristof Qilerme nə deyir? Sizcə qarderobumuzda olmazsa olmaz parça nədir?

– Mənim fikrimcə qırmızı və ya tünd göy rəngli kokteyl donu hər bir vəziyyətdə sizin üçün qara paltardan daha effektiv ola bilər.
 
 

– Azərbaycan xanımlarını moda həftəsində gördünüz. Sizcə Azərbaycan xanımlarının dəb anlayışı necədir və nəyi inkişaf etdirməliyik?

– Bakını görmək mənim üçün sürpriz oldu. Belə təsəvvür etmirdim. Bakının memarlığı çox möhtəşəmdir. Azərbaycan qadınları isə özlərinə çox baxımlıdırlar. Hiss olunur ki, öz üzərində həddindən artıq işləyirlər. Fikrimcə üzərində daha az işlənildiyi hissini yaratsalar daha yaxşı olar. Məsələn, makiyajı azaltamaq və daha təbii saç düzümü ilə.

Sonda Azerbaijan Fashion Week Kristof Qilermenin Bakı səfərinin sponsoru AZAL şirkətinə minntədarlığını bildirir.

 
 
Hazırladı: Sevinc İsrailova
Foto: Simon Peter

 

 

Şərhlər

Menyu