KÜÇƏ DƏBİ. Tbilisi moda həftəsi.

Tbilisi küçə dəbi onun moda həftəsində nümayiş olunan kolleksiyalar qədər diqqət çəkir. Bu dəfə Tbilisi küçələrini moda aşiqlərinin gözündən kəşfə çıxırıq. Tbilisi küçə modasına baxdığımızda eklektik üslub ardınca bir-birini təqib edir və ön sırada yerlərini alır. Tbilisi küçələri olduqca çox əyləncəlidir, çünki Gürcülərin tərcih etdikləri luklarda illüstrativ detallar gözə dəyir.

Rəng olaraq boz, qara, qırmızı, çəhrayı kvars, indiqo mavi və torpaq tonları seçilir. Sanki geyimlərdə klassik parçalar bir araya gəlmiş və “müasirlik” deyə qışqırır! Boz, qara və torpaq tonlarında diz üstünə yaxın palto, panço, trençkot və bomber pencəklərdən istifadə edərək zərif bir stillə qarşımıza çıxan dəb sevərlər xüsusilə rəngli kiçik çantaları ilə fərq yaradırlar.Tbilisinin qış günəşini də nəzərə alaraq oval çərçivəli eynəklərdən istifadə olunmağı düzgün seçimdir.

Bu il 90-cı illərdə olduğu kimi retrolu bir dönüşü də unutmamaq gərəkdir. Mövsümün dəb ruhunu təmsil edən dəb sevərlər maksi ölçülü ətəklər, bol kəsimli silüetlər, sviterlər, mom jins seçimləri ilə eleqantlıq yaradır. Görkəmləri ilə geyimlərə əlvan ştrixlər, müxtəlif printlər əlavə edərək maraqlı geyim kombinlərini sərgilədilər.
 
 

Hazırladı: Nazlım Veyisova
 
 

t1
t3
t4
t5
t6
t7
t8
t9
t10
t11
t12
t13
t14
t15
t16
t17
t18
t19
t20

Şərhlər

Menyu