Strobinq- makiyajda yeni trend. “Selfie”-lər artıq daha təbii alınacaq!

m5
 

Sosial şəbəkələrdə gözəllik bloqerləri, ünlü simalardan isə əsasən Kim Kardaşian, Kayli Cenner, Cici Hadid üzərindən tanınan yeni makiyaj trendi artıq böyük bir cərəyan halını alaraq podiumlara belə yansıdı. Tez bir zamanda klassik konturlama üçün istifadə olunan məhsullar strobinq effekti üçün lazım olanlarla əvəz edildi desək yanılmarıq.

Gündəlik makiyajın bir hissəsinə çevrilmiş strobinq konturlamadan fərqli olaraq üzə təbii parlaqlıq verməklə yanaşı üzün ən ifadəli nahiyələrini daha da önə qabartmağı bacarır.

Strobinqi bilindirən göstəricilər onun üz nahiyələrindən almacıq sümükləri, burun, eləcə də dodaq konturları, çənəqaşların alt hissəsində hiss olunmasıdır. Artıq bu nəmli və ifadəli makiyaj effekti sayəsində çəkilən “selfie”– lər də daha təbii görünəcək.

Klassik konturlama texnikası ilə tonal krem və bronzerlərlə edilmiş makiyaj fotolarda qəliblənmiş görüntü yaradırdısa, strobinq üsulu ilə üzünüzün gözəçarpan nahiyələri  aydınlatıcı (highlighter) vasitəsilə daha təbii, nəmli və canlı görünüş alacaqdır.

 

m6
 
 

Dəyişməz qalan strobinqdə də dərinin təmiz və yetərincə nəmlənmiş görünüşə sahib olmasıdır. Nəmləndiricidən istifadə etdikdən sonra üzünüzün rəngini tarazlamaq üçün artıq tonal kremlərdən də istifadə etmək olar.  Aydınlatıcının isə üz rənginə uyğun seşməyiniz məsləhət görülür.

Açıq rəngli bir cildə sahibsinizsə o zaman çəhrayı rəng çalarlarında olan aydınlatıcı seçməniz tövsiyyə olunur. Tünd rəngli cild üçün qızılı rəngli tonlardan istifadə etmək daha doğru seçim olar. Aydınlatıcı ilə bağlı digər qeyd budur ki, onun tərkibində böyük zər topaları olmamasından əmin olasınız. Çünki məqsəd işıldamaq deyil, üzün bəzi nahiyyələrini təbii şəkildə qabarıq və ifadəli etməkdir.
 
 

Hazırladı: Nərgiz Vəliyeva 
 
 

m3

m4

Şərhlər

Menyu