Moskvada Four Seasons Hotel Baku kokteyli keçirildi

fs-cov
 
 

23 noyabr 2016-cı ildə Bakının ən gözəl otellərindən biri olan Four Seasons Hotel Baku öz meydançalarını tədbirlər üçün açdı və yeni eksklüziv təkliflər haqqında söhbət açdı. Four Seasons Hotel Moscow otelinin “Dolqoruki” zalında Four Seasons Baku otelinin rəsmi kokteyli baş tutdu.

Four Seasons Hotel Baku Azərbaycan bazarında tanınmış lider hesab edilir və öz möhtəşəm nömrələri və ən mükəmməl xidməti ilə məşhurdur. Otelin qonaqları arasında Rusiyadan olan turistlər daimi qonaq olur, buna görə də Moskvada kokteyl Four Seasons Hotel Baku üçün xüsusi mühüm hadisə oldu.

Otelin heyəti daimi olaraq öz yeni ideyaları və layihələri üzərində çalışır, onların məqsədi qüsursuz xidməti, nəfis döşənmiş zalları, ən başlıcası isə Azərbaycan qonaqpərvərliyini, habelə şəhərin ən gözəl ənənə və tarixini nümayiş etdirməkdir.

Qız qalası ilə bağlı olan sevgi haqqında gözəl əfsanəni geniş auditoriyaya çatdırmaq üçün Four Seasons Hotel Baku möhtəşəm layihə təqdim etdi – əfsanəvi Qız qalasının baxış meydançasında təntənəli nikah mərasiminin keçirilməsi!
 

b02k7242
 

Artıq bütün dünyada dəb olan tarixi tikililəri nikah yeri kimi seçmək tendensiyası təsadüfi deyil: hər kəs öz ailə həyatını qeyri-adi, fundamental və xüsusi hadisə ilə başlamaq istəyir.

Paytaxtın qonaqlarını şəhərin zəngin tarixi və mədəniyyəti ilə tanış etmək üçün Four Seasons Hotel Baku heyəti Azərbaycan Tarixi Muzeyinin “Şərq” zalında qala-tədbir keçirdi. Bundan sonra belə tədbirlərin daimi olaraq keçirilməsi ideyası yarandı.

Gecənin qonaqları arasında məşhur teleaparıcılar, aktyorlar və digər məşhurlardan Yelena Letuçaya, İrina Ponaroşku, Lyubov Tolkalina, Konstantin Andrikopulos və Olqa Sıpkina, Aleks Dubas, Artyom Krivda, Aleksandra Fyodorova, Aleksandr Roqov, Aleksandr İvanov, Dmitri Loginov, Natalya Bardo, Katya Dobryakova, Səbinə Əhmədova, Anna Zvijinskaya, Lidiya Aleksandrova, Olqa Filippova iştirak etdilər.
 
 
b02k6500

b02k7234

b02k7275
 
 

Şərhlər

Menyu