Beyqıllar. Qərb mətbəxinin kökələri.

1
 
 

Əcnəbi un məmulatı Beyqıl Qərb ölkələrindən gələn kafe və restoranların sayəsində artıq ölkəmizdə də tanınır.  Əslində çox bəsit görünüşə və tanış təama məxsus bu kökələrin ev şəraitində hazırlanması elə də qəliz deyildir. Hazırlanma prosesinin maraqlı hissəsi kökələrin öncə suda qaynadıldıqdan sonra sobada bişirilmə qaydasıdır.

Üzəri adətən fərqli qaraçörəkotu növləri- xırda, böyük, qara, ağ və s. olmaqla beyqılları adətən səhər yeməyi üçün hazırlayırlar. Arasına yağ-pendir, istəyə görə digər məhsullar çəkib dadı damaqda qalan süfrə keyfi yaşanılır.

Eləcə də, bir çox kafe və restoranların sayəsində onu həm də nahar süfrələrində görmək mümkündür. Belə ki, o burqerlər üçün də istifadə olunur, barbekyu süfrələrini bəzəyir.
 
 
 

2
NYU YORK BEYQILI


İçindəkilər:
6 qr quru maya18 qr şəkər tozu300 ml isti su500 qr un4 qr duzüzəri üçünağ xaş xaşmavi xaş xaşküncütqaraçörəkotu

Hazırlanması:
120 ml isti suya şəkər tozu və maya əlavə edin. Qarışdırmayın. Beş dəqiqə elə saxlayın, daha sonra maya, şəkər qarışığını tam həll olanadək qarışdırın. Böyük bir qabda duz və ələnmiş unu qarışdırın. Unun ortasında çuxur açın və mayalı qarışığı ora tökün. Qalan 90 ml isti suyu da çuxura əlavə edin. Unlu qarışığı qarışdırın. Əlavə olaraq 60 ml kimi su da lazım ola bilər. Unlanmış masaya qarışığı yerləşdirib elastik və hamar xəmir alınana kimi təxminən 10 dəqiqə yoğurun. Unlanmış masa sizin xəmiri rahat formaya salmağınıza, yapışmayan və bərk xəmir əldə etmənizə kömək edəcək. Qabı təmizləyib azca yağlayın. Hazırladığınız xəmiri qaba yerləşdirib örtün. Xəmirin isti yerdə ikiqat şişənədək təxminən bir saat gəlməsini gözləyin. Sonra xəmiri üzərindən sıxıb 10 dəqiqə də dinləndirin. Xəmiri 8 bərabər hissəyə bölüb kündələyin. Sonra kündələrin yastı forma alması üçün üzərindən dairəvi hərəkətlə basın. Baş barmağınızı unlayıb kündənin tən ortasından dəlik açıb halqa formasına salın. Soba lövhəsinə yağlı kağız sərib üzərini yağlayıb halqa halına saldığınız kündələri düzüb üzərini dəsmalla örtün. 10 dəqiqə dinləndirin. Sobanı 220 ºC qızdırın. Geniş bir qazanda su qaynadın. Qaynadıqdan sonra hərarəti azaldın. Kəfkirlə beyqılı tək tək suya atın. Bir neçə saniyə sonra suyun üzünə çıxacaq. Bu halda hər üzünü 1 dəqiqə olmaq şərtilə iki dəqiqə qaynadın. Sudan cıxarıb az yağlanmış yağlı kağız üzərinə düzün. Üzərinə istədiyiniz tumlardan, toxumlardan səpə bilərsiniz. Tumların tökülməsindən ehtiyyat edirsinizsə beyqılların üzərinə fırça ilə yumurta çəkə bilərsiniz. Üzərinə ağ, mavi xaş xaş, küncüt, çörək otu səpə bilərsiniz. Qızılı rəng alana kimi 20 dəqiqə bişirin. Soyuması üçün torun üzərinə yerləşdirin.

 
 
 
 
 

3
BEYQIL SEDVIÇ

İçindəkilər:
2 ədəd beyqıl2 ədəd qayğanaq (hər biri bir ədəd yumurta ilə olmaq şərtilə)40 qr kəsmik pendir1 ədəd avokado2 ədəd pomidor2 ədəd xiyarduzistiot

Hazırlanması:
Beyqılları ikiyə bölün. Üzərinə pendir çəkin. Sırası ilə qayğanaq, xiyar, yenidən pendir, avokado, pendir və pomidor düzüb üzərinə beyqılı yerləşdirin. Sendviçimiz hazırdır!
 

Nuş olsun!

Hazırladı: Şamaxı Səmədova

 
 
4

5

6
 
 
 

Şərhlər

Menyu