İzlənməli dünya bloqerləri. Son ayların top 3 Instagram bloqeri.

 
 

Yeqin ki, İnstagramda “follow” etdiyimiz hesablar arasında hər gün baxmaqdan doymadığımız, baxarkən rəngli xəyallar aləminə qapıldığımız bir neçə hesab vardır. Düşüncəli olarkən və ya bekar vaxtlarımızda Instagramın ana səhifəsində o rəngarəng rəsimləri görmək sanki birdən-birə içimizdəki əhvalın oyanmasına, üzümüzdə təbəssüm yaranmasına və xoşbəxtlik hormonunun fealiyyətə gəlməsinə səbəb olur. Aşağıda göstərilən top 3-lükdə fikrimizcə bu hesabların ən gözəli təqdim olunur.

 
 
 

i4

i3

i7

1. The Balloon Diary ( @theballoondiary )
Çəhrayı bir şar baloncuğu ilə nə qədər rəngarəng bir İnstagram hesabı yaratmaq mümkündür..? Bu sualın cavabını məhz bu hesabda tapa biləcəksiniz. Parisdə yaşayan Anna bir ədəd şar baloncuğu ilə moda trendlərini və səhərin bütün gözəlliklərini rəsimlərdə cəmləşdirməyi bacarıb. Çəhrayı baloncuğun olmadığı rəsmi axtarırsınızsa o zaman boşuna zaman sərf etməyin. Çünki hər fotoda çəkilən rəngarəng yerlər, dükanlar, kitablar və hətta geyimlərdə belə bu baloncuqdan bir nüans tapa biləcəksiniz.
 
 
 
 
 

b1
b3
b2

2. Gal Meet Glam ( @juliahengel )
Bu İnstagram hesabı isə sanki çəhrayı rəngi sevənlər üçündür. Culianın bir moda bloqeri olmasına baxmayaraq, hesabına daxil olarkən sanki rənglərin ağuşuna düşəcəksiniz. Hər bir rəsmdə xüsusi bir diqqətlə kombin edilmiş geyimlər, aksessuarlar sizi sözün həqiqi mənasında valeh edəcək. Müxtəlif şəhərlərin ən gözəl səmtlərində çəkilən bu fotolar Culianın həyat yoldaşı tərəfindən kameraya yansıyır.
 
 
 
 

a4
a2
a3

3. Jennifer Mel Tuffen ( @izkiz )
Insanların böyük bir hissəsinin səyahəti sevdiyini nəzərə alaraq ən gözəl səyahət bloqerini təqdim edirik. Cenniferin hesabına daxil olarkən özünüzü nağıllar aləminə düşmüş kimi hiss edəcəksiniz. Olduğu hər bir səhərin ən gözəl anını çəkib öz izləyiciləri ilə paylaşan bu xanımın yerində olmağı arzulayacağınızda heç bir şübhə yoxdur.
 
 

Hazırladı: Nərgiz Vəliyeva

 
 

Şərhlər

Menyu