TREND | Noyabrın Seçməsi | Uzun, ekstra uzun qollar

t1
 

Rahatlığın imtina edilməzi olan “oversize” sviterlər bu mövsümün keçən ilkindən təkrarlanan trend əşyaları silsiləsindəndir. Həm rahat duruşları, həm də dəbli tərzləri ilə olduqca diqqət çəkir. Bu tip sviterlərin rəng və detallarına nəzər salsaq bu mövsüm 90 -cı illərin təsiri ilə metal və gümüş tonlarında, açıq mavi, açıq çəhrayı və natural rənglər, üzəri müxtəlif detallı olanlar trenddədir.

Ötən ilin qışına nəzər saldıqda “oversize” kəsimindən törəmə sayılan bu il saqqız kimi uzanıb gedən qollar dəbdədir. İlk baxışdan o qədərə də praktik görünməyən bu tərz artıq bir çox məşhur moda evlərinin kolleksiyalarında, küçə dəbi çəkilişlərində tuş gələn modabazların əynində, tanınmış bloqerlərin üzərində rastlanılır. 

Maraqlısı budur ki, bu detal trendi əsasən köynəklərdə olsa da, eləcə də sviter, poluver, paltar və pencəklərdə də rast gəlinir.
 
 
Hazırladı: Nazlim Veyisova
 
 
t9

t15

t4

t2

t7

t3

t5

t8

t10

t11

t12

t13
 
 

Şərhlər

Menyu