Ziyafət masasının ən orijinal aksessuarı. İvon Ellenin təsvirli boşqab cütlükləri.

Yaradıcılığında özünəməxsus fəlsəfəsi ilə seçilən, əslən Çindən olan London sakini rəssam İvon Ellen unikal ideyalı boşqab cütlüklərinin kolleksiyasını hazırladı. Nəfis işləmələr və farfor sevərlərin zövqünü oxşayan bu kolleksiyada boşqabda işlənmiş təsviri tam seyr etmək üçün iki boşqabın birləşməsi mütləqdir.

Qızıl haşiyə ilə işlənmiş, böyük və bir qədər kiçik ölçülü boşqabları yanaşı qoyaraq zurafə, flaminqo, maraldigər heyvanların tam görüntüsünü seyr etmək mümkündür.

Yaradıcı ideya sayəsində rəssam sıradan qonaq dəstini orijinal boşqab setinə çevirməyə nail olmuşdur. Qonaq masasını təəcübləndirəcək və yüksək zövqün nümayişi olaraq ziyafət üçün nəzərdə tutulmuş qeyri-adi boşqablar süfrələrin ən yaddaqalan hissəsinə çevrilir.
 
 
Hazırladı: Mehriban Ağayeva 
 
 

i1

i2

i3

i4

i5

i6

i7

i8

Şərhlər

Menyu