Daha bir hicab brendi POPLOOK Malaziyanın aparıcı geyim brendlərindən biridir. Malaziya və Sinqapuda geniş şəbəkə yaradan markanın bazarda yeganə sığortaçısı yüksək keyfiyyət və daim yenilənən kolleksiyadır. 1500-dən artıq fərqli modellərə sahib brend müştərilərinə XS-dan 4XL-a qədər fərqli ölçülərdə, hamilə xanımlar, habelə uşaq geyimləri təqdim edir.
Brendin ən böyük özəlliyi müxtəlif print və parçalardan ibarət hicab kolleksiyasıdır. Hicab həyat tərzi olan xanımlara brend bu yaxınlarda tropik printli kolleksiya hazırlamışdır. Adından da bəlli olduğu kimi parçalarının üzərində tropik meyvə və bitki şəkilləri olan kolleksiya, eləcə də gen biçimi ilə praktik geyimə üstünlük verən xanımların seçimi olacaqdır.
Hazırladı: Aybəniz Məmmədova