“Caucasian Vanity” bloqu | Qışda dəriyə 7 praktik qulluq üsulu.

best-winter-street-style

 
 
 

Bildiyimiz kimi, payız və qış aylarında dərimizin kaprizləri artır, daha çox qulluq tələb edir. Sorğular göstərir ki, hətta yağlı dərilərdə belə havanın soyuması səbəbilə quruluq müşahidə olunur. Soyuq aylarda dərimizi quruluqdan, aknelərdən, qabıqlanmadan qorumaq üçün daima etdiyimiz qulluq vasitələrini daha güclüləri ilə əvəz etməli, qulluq rutinimizə şəraitə uyğun yeni adətlər daxil etməliyik.

Soyuq aylarda dəriyə və saça qulluq üçün özümün daima istifadə etdiyim, araşdırmalarıma əsasən ən çox məsləhət görürlən 7 üsulu nəzərinizə çatdırırıram:

 
 
 
l1e

1. İsti əlcəklər.

Qətiyyən bir cüt isti əlcəyə pul yatırmaqdan çəkinməyin. Yəqin, moda ilə maraqlananlar da fikri dəstəkləyər ki, yaxşı dəri əlcək zamansız parçadır, ən az bir neçə il rahat istifadə edə biləcəksiniz. Əlcəklər əllərinizi soyuğun təsirindən qoruyacaq və əl kreminizin daha effektiv olmasına səbəb olacaqdır.

 
 
 
body-butter

2. Nəmləndirici vasitələr.

Evdə özünüzü isti saxlayın, qaynar yox ☺ Əgər evin içindəki temperatur bayırdakı temperaturdan çox-çox istidirsə bu dərinin qıcıqlanmasına və müqavimətinin yox, ilıq olmasına diqqət yetirin. Duşdan çıxarkən bədən kreminizi, qab yuduqdan sonar əl kreminizi tətbiq etməyi unutmayın.

 
 
 
hair-care-50ml-100-pure-natural-morocco-color-protect-silky-oil-for-dry-and-maintenance-hair-jpg_640x640

3. Saça qulluq.

Saçınızı temperatur dəyişikliyinə uyğunlaşdırın. Hal-hazırda dükanlarda yüzlərlə saçları qoruyan və gücləndirən şampun mövcuddur. Lakin, məncə ən yaxşısı müxtəlif yağlardan (argan yağı, kokos yağı və b.) istifadə etməkdir.

 
 
 
1523569_fpx

4. Qışda qulluq vasitələri.

Saçlarınız kimi üz dərinizə qulluq rutininizi də dəyişən temperatura uyğunlaşdırın. Yayda su bazalı, yüngül nəmləndiricilərə üstünlük versək də, soyuq havada zəifləyən və quruyan dərimiz bizdən tərkibində qidalandırıcı yağlar olan, teksturası daha qalın olan kremlər istifadə etməyi tələb edir. Payız və qış aylarında günəş şüalarının yaydakı qədər zərərli olmadığını nəzərə alsaq kremlərin tərkibində olan 15-20 SPF (günəşdən qoruma faktoru) istifadəmiz üçün kifayət ola bilər, amma dərisi həssas olan ağbəniz xanımlar daima daha yüksək SPF istifadə etməsində fayda var.
 
 
 
lip

5. Dodaqları nəm saxla.

Dodaqlarınızı ölü dəridən təmizləməyi və nəmləndirməyi unutmayın – ölkəmizdə həm uyğun qiymətli, həm də lüks brendlərə məxsus dodaq balzamları tapmaq mümkündür. Apteklərdə, supermarketlərdə, kosmetika dükanlarından asanlıqla əldə edə bilərik. Dodaqları ölü dəridən təmizləmək üçün isə əlavə skrab almağa ehtiyac yoxdur, evdə şəkər tozu ilə zeytun yağı və ya bal qarışdırıb faydalı və dadlı (!) skrab hazırlamaq olar.
 
 
 
dsc07131

6. Əl kremi.

Qış gəlməmiş yaxşı əl kremi tədarük etdiyinizdən əmin olun – əllərin həm cavan qalması, həm də qabıqlanmadan xilas olması üçün onları daima nəmləndirmək lazımdır. Hətta əllərinizi hər dəfə yuduqdan sonar quruluq hiss edərsinizsə, hər dəfə krem tətbiq etməkdən çəkinməyin. Gündə neçə dəfə əl kremi çəkmək lazımdır deyə bir anlayış yoxdur.
 
 
 

</p

7. Düzgün qidalanma.

Vəəəəəə ən əsası!!!! Yeməyimizə, içməyimizə fikir veririk. Bol-bol vitamin qəbul etməkdə fayda var. Həmçinin havalar soyudu deyib, su içməyi axsatmaq olmaz. Lazımi qədər su içmək dərinin öz nəmini itirməsinin, həzm sisteminin fəaliyyətini qaydada saxlayır və həzm sistemi pozğunluğu səbəbilə yaranan sızanaqlarının qarşısını alır.

Yuxarıda sadaladığım məhsullardan bir neçəsinin şəklini əlavə edirəm, hansı ki, şəhərimizdə rahatlıqla tapa bilərsiniz.

 
 
Hazırladı: Lamiyə Rzayeva
lamiyer.com
www.facebook.com/lamiyasblog/
www.instagram.com/caucasianvanity/

 

Şərhlər

Menyu