“Vanillas Fashion Avenue” bloqu | “Tutu-skirt” – payız lukuna romantiklik verən ətəklər.

img_3581
 

Bu günkü bloqum ingilis dilində “tutu-skirt” adlanan və çoxlarımızın tanıdığı və sevdiyi fatin ətəkdir. Bu ətəklər təqribən 100 il əvvəl yaranıb və hazırda yalnız balet səhnəsi ilə əlaqələndirilirdisə, son illər müasir gənc xanımların qarderobunda daimi “məskən” salaraq moda dünyasının əvəzedilməzinə çevrildi.

Bu ətək hər hansı luku sehirli edə biləcək əşyadır. Bir çox xanımlar onu ekstravaqantlığına görə geyinməyə cəsarət etmir. Lakin düzgün kombin edilərsə, şıq görkəm alacağınızda əmin ola bilərsiniz.

Fatin ətək incəlik, rahatlıq daşıdığına görə bu cür geyimdə siz zərif və romantik görünəcəksiniz.
Əlbəttə ki, bu ətək üçün ən trend rənglər ağ və qara sayılır, çünki həm universal, həm də başqa rənglərlə rahat kombin edilə bilir. Bu iki rəngin bir lukda başqa rənglərlə kombini isə daha maraqlı görsənir.
 

img_3550e
 

Tutu-ətəklə hər cür eksperementlər etmək mümkündür. Beləcə, siz öz yaddaqalan və təkrarolunmaz luklarınızı yarada biləcəksiniz.
Fatin ətək inanılmaz parlaq və unikal imic yaradıb ətrafdakıların əsas diqqətini özünə cəlb etdiyinə görə aksessuar seçimində diqqətli olmalıyıq. Bu səbəbdən obrazımı artıq əşyalarla yükləmədən,  minimum aksessuar istifadə etmişəm.

Təbii ki, daha incə və qadınsı obraz yaratmaq üçün isə hündürdaban ayaqqabı seçdim. Luklarımın üst hissəsini “casual” üslubunda əşyalarla kombin edib, sonda dəri gödəkçəylə tamamladım. Düşünürəm ki, belə bir kəskin parça və tərz kontrastı ilə maraqlı birləşməni yarada bildim.

İnanıram ki, siz daha maraqlı kombinlər yarada bilərsiniz, sadəcə biraz cəsarətli olmanız kifayətdir!

 

Ətək: BCBGeneration
Sviter: Massimo Dutti
Mayka: H&M
Gödəkçə: Mango
Botilyon: Juicy Couture
Canta: Furla
Broş: Elff Azerbaijan
Çoker: Elff Azerbaijan
Saat: Moschino

 

Hazırladı: Nigar Kərimova
@vanillas_fashion_avenue

Foto: Sabina Ibragimova
@sabina_ibragimova_photographer

 
 

img_3548

img_3608
img_3670
img_3674
img_3675
img_3692

Şərhlər

Menyu