Italdizain Group Payız Festivalını BACCARAT BERNARDAUD butikində möhtəşəm gecə ilə davam etdi.


11
 

“Payız Festivalı” çərçivəsində daha bir möhtəşəm gecə.
Italdizain Group tərəfindən təşkil edilən tədbirdə, bu dəfə diqqət mərkəzində
BACCARAT BERNARDAUD  butikində təqdim olunan italyan brendi GREGGIO idi.

Bu gecədə qonaqlar GREGGIO brendinin sahibi Marco Greggio ilə şəxsən tanış olmaqla yanaşı, sevimli gümüş aksessuarlarını unikal oyma yolu ilə əbədiləşdirmək imkanından yararlandılar.

GREGGIO bir ailə şirkəti olaraq İtaliyada 1948-ci ildə fəaliyyətə başlamışdır. Əsası Rino Greggio tərəfindən qoyulan bu fabrika qısa müddətdə Avropa bazarının liderinə çevrilir və bu da təəccüblü deyil.
 

1
 

Qeyd edək ki, xüsusi olaraq bu gecə üçün İtaliyadan dəvət edilmiş oyma ustası Andrea Gallinari tək-tək bütün müştərilərin istəklərinə uyğun, hər biri bir sənət əsəri olan bu aksessuarları oyma yolu ilə əbədiləşdirdi. Gecə yarısına qədər davam edən tədbirdə qonaqlar canlı musiqi müşaiəti altında yeni kolleksiya ilə tanış oldu və bir-birindən möhtəşəm xatirə hədiyyələri qazandı.

Xatırladaq ki, 4 noyabr tarixində “Payız Festivalı”-nın son günü, Italdizain Group butiklərinin müştəriləri Laplandiyaya 2 nəfərlik, unudulmaz qış nağılı səyahəti əldə etmək imkanı əldə edəcəklər.
 
 

image001

Rəsmi Distribyutor Italdizain Group şirkəti
 
 

4

7

2

3

img_4074-1

5

6

8

9

10

Şərhlər

Menyu