KİTAB | VERSACE. Donatella Versaçe imzalı ilin moda kitabı.

bookoftheweekversacearticle
 

Bugünlərdə Donatella Versaçe imzalı VERSACE kitabını rahatlıqla “ilin moda kitabları” listinə daxil edə bilərsiniz. Belə ki, uzun zaman üzərində vasvasılıqla çalışılan bu kitabın nəşr olunmuş versiyasını noyabr ayında əldə edəcək olsaq da üz qabığındakı fotosu həyəcanları və yüksək gözləntiləri boşa çıxarmır.

Oxucularını 90-cı illərin sonlarına aid ağ- qara foto ilə qarşılayan Donatella əslində kitabın üzərindəki fotosu ilə içindəkilərə dair önəmli bir mesaj verir. Bu kitab 1997-ci ilin sonrasında yüksək modanı yenidən ələ keçirən Donatellanın yeni VERSACE dönəmindən bəhs edir. Qeyd edək ki, 1997-ci il brendin hekayəsinin həm eniş, həm də dönüş nöqtəsidir. Belə ki, möhtəşəm Donatellanın qardaşı, VERSACE Kraliyyətinin böyük imperatoru Cianni Versaçenin talehsiz bir silah hücumu nəticəsində itirdiyi il bacısı ehtişamlı ailə şirkətini tək başına öhdəsinə götürərək 19 il yüksək modanın ən önəmli zirvələrindən olan brendi qorumağa və böyütməyə davam edir.

Kitab 336 səhifədən ibarət olub, oxucularını Donatellanın öz estetik səyahətinə dair ikonik fotolar, özəl xatirələr, moda nümayişləri və özəl çəkilişlər, ulduz fotoqraflar və nüfuzlu modaçılarla bir növ tanış edir. Moda sevərlər, düşünürük ki, prestijli nəşriyyat evi olan “Rizzoli”– dən çıxacaq bu kitab üçün indidən rəfinizin ən gözəl yerini ayırmalısız.
 
 
Hazırladı: Aydan Məmmədli 
 
 

Şərhlər

Menyu