Bədənimizin qırmızı sakinləri xarakterimizdən danışır

blood-type
 

Bədənimizdə durmadan dövr edən qırmızı rəngli mayenin həyatdakı rolumuza, xarakterimizə, karyera və uğurlarımıza, tərəf müqabilimizə olan münasibətimizə, valideyn olmaq hissini yaşamağımıza belə birbaşa təsir etdiyini bilirdinizmi?

Yapon tədqiqatçıları “İnsan orqanizminin kimyası ilə şəxsiyyət arasında əhəmiyyətli bağlar var, qan qrupu da bunlardan biridir” deyərək açıqlama veriblər. Qan qruplarına xas xüsusiyyətlər araşdırıldığında maraqlı nəticələr ortaya çıxıb. Belə ki, 0 (I) qan qrupu daşıyan insanların özünə güvənən, cəsarətli insanlar olduqları, A (II) qrupundakı insanların əsəbi və həssas bir quruluşa sahib olduqları, B(III) qrupundakıların digərləri ilə uyumlu olub, ünsiyyəti yüksək və yaradıcı fikirlərə sahib olduqları və AB (IV) qrupundakı insanların isə ən diqqət cəlbedici və maraqlı insanlar olduqları müəyyən edilib. Ən qədim qan qrupu 0 qrupudur. 0 qrupu “ovçu”, A qrupu “əkinçi”, B qrupu “köçəri”, AB qrupu isə “müasir” olaraq adlandırılıb.

0 qrupu qadını: Uşaqları biraz böyüyən kimi iş həyatına qayıtmaq istəyir. Yemək hazırlamağı sevmirlər. Mətbəx xərclərini azaldıb özlərinə yeni paltar almağı üstün tuturlar.

A qrupu qadını: Modaya, havaya və zamana adaptasiyada problem yaşamırlar. Uşaqları çox sevir və adətən uşaqlarına vaxt ayırdıqlarından bu həyat yoldaşlarına diqqəti kölgədə qoyur. Pul xərcləməyə meyillidirlər. Dəyişiklikləri sevirlər.

B qrupu qadını: Pul mövzusunda ya həddən ziyadə xəsis, ya da çox əliaçıqdırlar.

AB qrupu qadını: Bər-bəzəyə meyillidir. Pul mövzusunda qənaətcil biridir. Yemək bişirmək və gözəl süfrə açmaqda çox bacarıqlıdır.

 
 
Hazırladı: Aydan Məmmədli
 
 
 

Şərhlər

Menyu