RALPH LAUREN reklam kampaniyası üçün 10 ikonik simanı 10 fərqli tərzdə geyindirdi

ralph-lauren-icons-2016-campaign01
 
 
“Həyatım boyunca orijinal və əbədi dizaynların arxasınca qaçdım” deyən Ralph Lauren “Iconic Style” reklam kampaniyası ilə 10 ikonik qadını 10 fərqli tərzdə Stiven Meyselin çəkdiyi fotolarda əks etdirdi. Kolleksiya klassik və modern cizgiləriylə amerikalı brendin əbədi vurğusunu ən zərif və ən güclü halı ilə qüsursuz bir şəkildə nümayiş etdirir.

Vittoria Çeretti, Kameron Rassell, Jakuetta Viler, Marqaret Qualley, Lulu, Stella Tennant, Ledi Jan Campbell, Alisia Burke, Fei Fei San və Frederikke Sofinin iştirakı ilə həyata keçən kampaniyada xanımlar əsasən mövsümün klassik geyimlərində- kaşemir paltolarda, yun jaketlərdə, hərbi üslubundan ilham alan pencəklər, hündür belli şalvarlar, safari tərzli və ya 60-cı illəri xatırladan vintaj zamşa dəstləri birləşdirən yeganə dizayn ideyası onların kişi qarderobuna yaxın olması ilə yadda qalır.

Əbədiliyi vurğulamaq üçün ağ-qara çəkiliş seçimi edən markaya aid portretlərdə hər qadının qarderobunda özünə yer tapmağa layiq əşyalar hazırlanmışdır.
 
 

Hazırladı: Aydan Məmmədli 

 
 


 
 

ralphlauren-style-icon-campaign-starring-alicia-burke

ralphlauren-style-icon-campaign-starring-cameron-russell

ralphlauren-style-icon-campaign-starring-fei-fei-sun

ralphlauren-style-icon-campaign-starring-frederikke-sofie

ralphlauren-style-icon-campaign-starring-jacquetta-wheeler

ralphlauren-style-icon-campaign-starring-jean-campbell

ralphlauren-style-icon-campaign-starring-lulu

ralphlauren-style-icon-campaign-starring-margaret-qualley

ralphlauren-style-icon-campaign-starring-stella-tennant

Şərhlər

Menyu