“Close Up” bloqu | “O” filmi. Bir gün maşınlar bizi bizdən daha yaxşı anlayacaq.

Print
 

“O” filmi ( “Her”) 2013-cü ildə amerikalı rejissor Spayk Conz tərəfindən ərsəyə gətirilən dram janrındadır. Bu filmdə cərəyan edən hadisələr yaxın gələcəkdə baş verir. Burada insanlar artıq özləri məktub yazmadan, bu işlə məşğul olan xüsusi şirkətlərə həvalə edir.

Filmin baş qəhrəmanı Teodor (Xoakin Feniks) belə şirkətlərin birində müəllif vəzifəsində çalışır. O, boşanmasının son mərhələsində olan tənha bir adamdır və tənhalığın iztirabına dözməyərək dünyanın ilk süni intellektual əməliyyat sistemi kimi reklam edilən yeni OS1 (Skarlet Yohansson) alınması barədə qərar qəbul edir.
 

h6
h3

h2

h4
 

Qəribə də səslənsə filmin baş qəhrəmanı ilə bu “intellektual məhsul” arasında tez bir zamanda dostluq yaranır. Az keçməmiş isə bu dostluq baş qəhrəmanı dəyişməyə vadar edəcək,  güclü məhəbbətə çevrilir.

Filmdə gələcəkdə yaşayan insanın tənhalığı xüsusi diqqəti cəlb edir. Məsələn, Teodor küçədə gedərkən OS1 ilə danışır, eləcə də onun qarşısına çıxan digər insanlar öz əməliyyat sistemləri ilə söhbət edir. Bir zaman maşınların insanı özündən daha yaxşı başa düşməsi fikrini ağıla gətirmək isə tükürpədicidir.

Film dolğun, təsirli və öz yeniliyi ilə onu sona qədər baxmağa vadar edir. Conzinin bu filmi çoxsaylı mükafatlar alıb, ən əsası isə ən orijinal ssenariyə görə Oskar mükafatına layiq görülmüşdür.
 
 
Hazırladı: Rəhimə Hacıyeva
rehimeh.blogspot.com

 
 

 
 

Şərhlər

Menyu