KİNO | “Bruklindəki şirniyyat evim”. Payızda divanüstü filmlər.

k5

Bu sərin payəz havalarında həftə sonu ailə və ya dostlarla əlinizə qəhvənizi alıb, isti pledin altında sizi bir az da isidən film izləmək istəyirsinizsə, “Bruklindəki şirniyyat evim” (“My bakery in Brooklyn”) filmini siyahınıza əlavə edin.

Adından da göründüyü kimi bu Bruklin hekayəsi səmimi, isti və ailə münasibətlərindən danışan bir filmdir. Filmin qəhrəmanları ViviyanKloe uşaqlığı birlikdə keçmiş və birinin bibisi, digərinin xalası olan Elizabet tərəfindən böyüdülmüş iki gənc qızdır.

k1

k8
Filmin əvvəlində doğum gününü qeyd etməyə çalışan Elizabetin qəfil ölümü qızların gələcək planlarını alt- üst edir. Viviyan uzun müddətdir getməyə hazırlaşdığı Avropa səyahəti fikrini kənara qoyub, ölüm anında xalasına onun mirasını qoruyacağına dair söz verir. Kloe isə işindən ayrılaraq bibisindən qalan tək yadigarı Bruklində yerləşən şirniyyat dükanında işləmək üçün qollarını sirmələyir.

Nəticədə xasiyyətcə bir-birinin tam əksi olan bu xanım arasında mübahisə yaranır. Çünki Kloe nə qədər yeni ideyalarla dükanda yeniliklər etmək istəyirsə, Viviyan da bir o qədər hər şeyi olduğu kimi saxlamağın tərəfdarı olur.

k4

k7
Mübahisənin qızışdığı bir zamanda dükanın banka olan bircu səbəbindən bağlanması ehtimalı vəizyyəti daha da pisləşdirir. İşlərin bu qədər qarışdığı bir ortamda xanımların məhəbbət məsələləri filmə maraqlı və həyəcanlı dəqiqələr yaşadır.

Kloe və Viviyanın necə seçim edəcəklərini və bütün anlaşılmamazlıqlarına baxmayaraq ailə mirasını qorumaq üçün etdiklərini görmək, eyni zamanda məşhur Bruklin mənzərələrini və məhəbbət hekayələri ilə həyəcanlanmaq istəyirsinizə İspan rejissor Gustavo Ronun bu filmini qaçırmayın.

Hazırladı: Sevinc İsrayilova

Şərhlər

Menyu