Göyqurşağı evlər. Rəngli 7 məşhur şəhər.

Hər şəhərin yaşam nizamı, memarlığı, tarixi və rəngləri bir-birindən fərqli olduğu kimi, masmavi səmanın rəngarəng tikililərlə harmoniyasına şahid olan heyrətamiz şəhərlər uzun illər ərzində müxtəlif mədəniyyətlərin, sənətkarlığın təsiri ilə rəngarəng rəsm əsərinə çevrilmişdir.

Dünyanın dörd bir yanından canlı, rəngarəng şəhərləri gəzmək, fotoşəkillərini çəkmək hər bir səyyahın ən böyük idealıdır.
 
 

img_9094
Lonqyirbyuen, Norveç

İlin böyük bir qismində tamamilə qarla örtülü, düm ağ şəhərə çevrilən Lonqyirbyuenin rəngli evləri şəhərin bu ağ görünüşüylə füsünkar bir təzad yaradır.
 
 
 

img_9098
La Boka,  Argentina

Buenos Ayresin Cənub-Şərqində yerləşən La Boka gerçək bir açıq hava muzeyidir. Yalnız piyada gedişinin olduğu kiçik bir küçə olan Kaminitoda gəzintiyə çıxdıqda yerli sənətçilərin divar rəsmləri və grafitti işləri ilə rastlaşacaqsınız.
 
 
 

img_9100
St. John’s, Kanada

Göyqurşağı qəsəbəsi St. John’s.. Qəsəbənin mərkəzində yerləşən sıra-sıra düzülmüş, bitişik nizamlı rəngli evləri fərqli və canlı rənglərə boyama ənənəsi balıqçıların gecə yorğun-arğın evə döndüklərində öz evlərini asanlıqla tanımaları üçün başlamış və bu ənənə hələ də davam edir.
 
 
 

wroclaw-1452089657-uvzc-slide
Vrotslav, Polşa

Sileziyanın ənənəvi Şimal arxitekturasına xas rəngarəng binaları, eynilə şəhərin gənc və yaradıcı zövqə sahib xalqı kimi həyat dolu bir gözəllik təqdim edir.
 
 
 

00304aa6fc1872dc2d652c5a0aa514fe
Gamla Stan, İsveç

İsveçin ən rəngarəng və canlı mənzərəyə sahib bölgəsi Gamla Standakı Stortorget Meydanın adı “böyük” mənasını verir. Lakin bu meydanı görüb, olduqca kiçik bir sahə ilə qarşılaşdığınızda bir az təəccüblənə bilərsiniz.
 
 
 

img_9105
Proçida, İtaliya

Pastel tonlarındakı binaların rənglərinin dərhal yaxınındakı dənizə əks olunduğunu xəyal edin. Proçida belə bir yerdir. Binaların canlı rəngləri, arxitekturası insana “lüks şərait olmadan da həyat çox gözəldir” ismarıcını çatdırır.
 
 
 

img_9106
Bristol, İngiltərə

Bristolun Klifton bölgəsindəki teraslı evlər, həm memarlıq üslubları, həm də canlı rəngləri ilə şəhərin müasir dizaynlı strukturu ilə xoş bir təzad meydana gətirir.
 
 

Hazırladı: Vəliyeva Nərgiz

 
 

Şərhlər

Menyu