Orta dövrün kraliça dəbdəbəsi MARCHESA kütür kolleksiyasında

A model walks the runway wearing Marchesa Fall 2016 during New York Fashion Week: The Shows at The Dock, Skylight at Moynihan Station on February 17, 2016 in New York City.
 

Unikal dizaynlı kolleksiyaları ilə dəb dünyasının parlayan ulduzu MARCHESA hər yeni kolleksiyası ilə öz işçiliyini, zövqlü yaradıcılığını bir daha sübut edir. Nyu-York Moda Həftəsində Payız 2016 kütür kolleksiyasını sərgiləyən məşhur brend moda aləmində yenidən ön sıralarda öz yerini tuta bildi. Pəri nağıllarını xatırladan, Orta dövrün şarmlı və sirli qadınlarının canlandırıldığı kolleksiya izləyiciləri öz sehri ilə bihuş etdi.

Daima nağıllar aləmini öz kolleksiyalarında əks etdirən dizaynerlər Corcina Çapman Keren Kraiq bu yeni kolleksiyada məşhur Kral Eduard dövrünün sənətçilərindən olan Con Singer Sargentdən ilham aldıqlarını söylədilər.

Qat-qat tüllər, işlənmiş çiçək fiqurları, bəzən qırmızının tünd çalarları sirli və ehtiraslı halı, bəzən pudra və pastel çalarlarının zərif və günahsız duruşu… Xəyallarınızdakı şahzadə obrazını MARCHESA sizə təqdim edir.

Diqqət çəkən detallardan biri də 3D orqanza və məxmər çiçəklər detallarının yalnız geyimlərdə deyil, boyun detallarında da istifadə edilməsi idi.
 
 
Hazırladı: Nərmin Bağırova
 
 
_luc1122

_luc1134

_luc1148

_luc1162

_luc1178

_luc1192

_luc1206

_luc1222

_luc1242

_luc1254

_luc1264

_luc1282

_luc1290

_luc1302

_luc1318

_luc1332

_luc1342

_luc1360

_luc1374

_luc1384

_luc1396

_luc1436

_luc1528

_luc1546

_luc1570

Şərhlər

Menyu