Plastik cərrah Dr. Abduləli Əliyev İdeal Proporsiyalar və Düzgün Plastik Cərrah Seçimi haqda

02-ali

 

“Gözəllik sənə baxanın gözündə gizlidir yoksa daha dünyəvi bir qavramdır?” Qadının gözəlliyi elə təsir edici mövzudur ki, əsrlərdir nağılların, əfsanələrin, hekayələrin əsas mövzusu olmuşdur. Uğruna yollar aşılan, dağlar yarılan qadın gözəlliyinə elmin maraqsız qalması əlbəttə ki, düşünülə bilməz. Elmin və texnikanın inkişafı ilə gözəl olmaq artıq xəyal olaraq qalmır.


Texnologiyanın sürətlə inkişafı ilə birlikdə günümüzdə estetik və plastik cərrahiyyə mütəxəssislərinə daha çox ehtiyac duyulur. Bu sahədə zəngin təcrübə və bacarığı ilə tanınan mütəxəssis Dr. Abduləli Əliyev  estetik-plastik cərrahiyə ilə bağlı hər kəsi maraqlandıran sualları cavablandırdı.

 

image
 

– Abduləli bəy, ideal bədən və ya üz quruluşu anlayışı mövcuddurmu? Proporsiyaları yaradarkən əsasən hansı aspektlərə istinad edilir?
 
– Hesab edirəm ki, ideal proporsiya nisbi anlayışdır. Tarix boyu gözəllik anlayışı fərqli istiqamətlərdə inkişaf etdiyi üçün bu mövzu ətrafında daha çox hər bədən quruluşuna və hər yaşa uyğun ideal gözəllikdən bəhs edə bilərik. Ümumi qəbul edilmiş gözəllik parametrləri sözsüz ki, mövcuddur. İdeal proporsiya anlayışı ümumi olaraq bədən, üz quruluşuna uyğun olaraq müəyyən edilir. Qadın gözəlliyinin ən əvəzedilməz parametri qüsursuz üz və bədən simmetriyasıdır. İdeal proporsiya parametrləri ilə yanaşı, illər keçdikcə estetik cərrahiyədə də trendlər, zövqlər dəyişir. Bununla da insanların fikrindəki ideal gözəllik anlayışı da təkmilləşir.

 

– Estetik cərrahiyədə sizin tərziniz təbiiliyi, yoxsa ideallığı üstün tutur?

– Hər şey proporsiyadan və estetik zövqdən asılıdır. Bir mütəxəsis olaraq deyə bilərəm ki, bizə müraciət edən pasiyentlərimizin əksəriyyəti nəticənin olduqca təbii görünməsini arzulayır. Bu nöqteyi-nəzərdən baxdıqda estetik əməliyyatlar zamanı pasiyentin üz və ya bədən parametrlərinə diqqət edərək irəliləmək lazımdır. Mənim üçün əhəmiyyətli olan isə nəticənin həm onların gözləntilərini nəzərə alaraq, həm də təbii görünməsini təmin edərək həyata keçirməkdir.

 

– Bugün düzgün plastik cərrah axtarışı pasiyentlərə bəzi çətinliklər yaradır. Sizin fikrinizcə, insanlar doğru cərrahı hansı göstəricilərinə görə müəyyən etməlidirlər? Tanışların fikrinə, xarici kvalifikasiyalara, yoxsa internetdəki şərhlərə görə?

– Pasiyentlər ilk olaraq araşdırdığı, etibar etdikləri, praktik bilikləri ilə tanış olduğu mütəxəssisə müraciət etməlidirlər. Digər bir aspektdən isə bu sahədə mütəxəssislərin zövqləri, dəst-xətləri müxtəlifdir. Üslub fərqini nəzərə alaraq seçim etsələr sözsüz ki, nəticədən razı qalarlar.

 

–  Estetik cərrahı formalaşdıran əsas xüsusiyyətlər nələrdir?

– Hər bir peşəkar mütəxəssis müəyyən üslub tərzinə, praktik bilikərə malikdir.  Tibbi biliklərə və cərrahi vərdişlərə yiyələnmiş və ən əsası estetik zövqə sahib həkim müəyyən dərəcədə formalaşmışdır. Xüsusən estetik sahədə daim yeniliklər, qeyri-adi trendlərlə qarşılaşırıq. Bu səbəbdən hər zaman öz üzərində çalışmaq, inkişaf etmək qarşımıza qoyduğumuz məqsədlərdəndir.

 

01-ali
 

– Cavanlaşdırma prosesində həm aparat, həm preparat, həm də müxtəlif qulluq vasitələri ilə uğurlu nəticə əldə etmək mümkündürmü? Bu üsullar nə dərəcədə qalıcıdır?

– Təbii ki, cərrahiyə daha radikal müdaxilə vasitəsidir və daha uzun müddətlidir. Həyatda heçnə daimi deyildir. Aparat, preparat və müxtəlif qulluq vasitələrilə də uğurlu nəticə əldə etmək mümkündür. Burada diqqət edilməsi vacib olan məqam daha uzunmüddətli və keyfiyyətli nəticə əldə etməkdir.

 

– Estetik əməliyyatdan sonra pasiyentlər qüsursuz xarici görünüşdən başqa nə kimi keyfiyyətlərə sahib olurlar?

– İlk olaraq bunu qeyd etməliyəm ki, estetik əməliyyat üçün müraciət edən pasiyentlərin əksəriyyəti xarici görünüşünə görə kompleksli insanlardır. Qüsursuz xarici görünüş əldə etdikdən sonra onlar artıq neqativ psixoloji auradan azad olur və özünə inamlı bir fərdə çevrilirlər.

 

– Daim göz önündə olan məşhurların estetik əməliyyatlara üz tutduqları artıq danılmaz faktdır. Bəs sizin fikrinizcə, gözəlliyi ilə dillər əzbəri olan İvanka Trampın simasında hansı estetik əməliyyatlar icra olunub? Bunu necə şərh edərdiniz?

– Qeyd etdiyiniz məşhurun simasında böyük bir ehtimal üz gəncləşdirmə proseduru həyata keçirilmişdir. Üzün yuxarı və orta 1/3- də endoskopik dəyişikliklər edilib və qabarıqlıqlar götürülüb. Orta üz nayihəsində yumşaq toxumaların vertikal və yana doğru dəyişdirilməsi icra edilmişdir. Əsas diqqət çəkən isə sözsüz ki, rinoplastika əməliyyatıdır.

 

befunky-collage
 

– Bu arada, bildiyimiz qədər bu yaxınlarda yeni klinikada fəaliyyətə başlamısınız. Sizə yeni iş yerinizdə müvəffəqiyyətlər arzu edirik. Hazırki fəaliyyət yeriniz harda yerləşir?

– Təşəkkür edirəm. Bundan öncə çalışdığım klinakada fəaliyyətimi artıq tamamladım. Və artıq professional bir komanda ilə birlikdə Gömrük Hospitalı nəzdində yerləşən Estetik Plastik Cərrahiyə bölməsində fəaliyyət göstəririk.

 
 

Dr. Abduləli Əliyev
Tel: +994 77 3558855
Instagram: @alievplast_abdul_ali_aliev

 
 

Hazırladı: Nigar Sani

 
 

Şərhlər

Menyu