Füsünkar “Güzgü” kolleksiyasında ZIMMERMANN Şərq mədəniyyətini sintezi etdi.

img_8597

 

Niki Zimmerman Hindistan mədəniyyətindən təsirlənərək hazırladığı gənc ruhlu və əyləncəli “Güzgü” kolleksiyası ilə dəbsevərlərin qəlblərini bir daha fəth etdi.

Parlaq detallar, qarışıq printlər, rəng transformasiyası, asimmetrik kəsimlər, Şərq mədəniyyətinin əks etdirən ştrixlər kolleksiyaya individual görüntü bəxş etmişdir.

İşləmələrin bir növ təbiəti əks etdirməsi və 90-cı illərin modasına istinad etməsi ilə bərabər kolleksiyanın mövsümün trendlərinə əsaslanması diqqət çəkən detallardan idi.

Geyimlər üzərindəki işləmələrin qarışıq görüntü yaratmasına baxmayaraq, kombin edilmiş ayaqqabılar və aksessuarlarla kolleksiya standart üsluba öz imzasını qoya bildi.
 
 

Hazırladı: Nərmin Bağırova
 
 

img_8586

img_8587
img_8596
img_8595
img_8594
img_8593
img_8592
img_8591
img_8590
img_8588
img_8589
 
 

Şərhlər

Menyu