Erdem Moralioglunun Yaponiya səyahəti yeni kolleksiya ilə nəticələndi

Yeni il tətilini KiotoNaoşimada keçirərək yapon mədəniyyəti ilə yaxından tanış olan Erdem Moralioglu Resort 2017 kolleksiyasında fərqli ştrixlər və müxtəlif coğrafi naxışlardan istifadə etdi. Film ulduzlarının qarderobunu xatırladan kolleksiyada dəvəquşu tüklü paltolar, mavi zolaqlı köynəklər, ayağa qədər uzanan, arxası büzməli ətəklər diqqəti cəlb etdi.

Yapon və Qərb mədəniyyətlərinin harmoniyasından ərsəyə gələn kolleksiyada zərif yapon incəsənəti nümunələri, çiçək printləri, güpür detallarından istifadə olunmuşdur.

Əlvan rəng palitrası ilə seçilən kolleksiyaya daxil olan qərb mövzulu geyimlər, Kaliforniya motivli donlar və Versaydan təsirlənərək hazırlanmış kəpənək qollu kimono geyimlər yeni mövsümün ən dəbli modelleri arasında olacaq.
 
 

Hazırladı: Sabina Sahib
 
 

21-erdem-resort-17

02-erdem-resort-17

03-erdem-resort-17

23-erdem-resort-17

06-erdem-resort-17

18-erdem-resort-17

07-erdem-resort-17

09-erdem-resort-17

16-erdem-resort-17

10-erdem-resort-17

11-erdem-resort-17

29-erdem-resort-17

12-erdem-resort-17

13-erdem-resort-17

14-erdem-resort-17

17-erdem-resort-17

15-erdem-resort-17

24-erdem-resort-17

22-erdem-resort-17

30-erdem-resort-17

28-erdem-resort-17
 
 

Şərhlər

Menyu