Hatta Dolmat və Yuna Zarai Əməkdaşlığı. Sənət və Dəbin Ahəngi “Nuova Flora” kolleksiyasında

hatta-yuna-2016-day3-vasquezrocks-by-aimanness-23-new_zpswkztyl6y
 

HattaYuna brendi uzun müddətdir gözlənilən “Nuova Flora” kolleksiyasını təqdim etdi. Özündə baharın motivlərini əks etdirib, bütövlüklə al-əlvan çiçəklərə bürünən kolleksiyada parlaq rənglər zərif və heyranedici silüetlerə çevrildi.

Kolleksiyanın moda dünyasında maraq doğurmasının əsas səbəbi isə geyimlərin Malayziyanın iki məşhur incəsənət nümayəndəsinin ruhunu əks etdirməsi idi. Sənət və dəb vurğunu olan məşhur moda dizayneri Hatta Dolmat və ifaçı Yuna Zarainin əməkdaşlığı nəticəsində ərsəyə gələn kolleksiyada həm qadın, həm də kişilər üçün dəbli geyimlər təqdim edildi.

Kolleksiyada bu mövsümün əsas trendləri olan bol kəsimli ətək, palazzo şalvarlar, “bomber” gödəkçə və zərif şifon üst geyimlərindən istifadə olunmuşdur.

“Dəb sevərlərin kəskin və qadınsı cazibədarlığını vurğulayacaq və ən önəmlisi özünə inamını artıracaq bənzərsiz kolleksiya hazırladıq” deyən Yuna kolleksiyanın uğurlu olacağından əminliyini bildirdi.
 
 

Hazırladı: Ülviyyə Novruzova
 
 

hattaxyuna-by-aimanness-blog-12_zpsxiuwevp4

hattaxyuna-by-aimanness-blog-9_zpslzoxafhm-1

hattaxyuna-by-aimanness-blog-14_zpst1dsbxp9

hattaxyuna-by-aimanness-blog-7_zpsziuk3jsn

hattaxyuna-by-aimanness-blog-10_zps6wlausqo

hattaxyuna-by-aimanness-blog-13_zpsvgr1gebd

hatta-yuna-2016-day2-antelopevalley-by-aimanness-13

hatta-yuna-2016-day2-antelopevalley-by-aimanness-4

28735418453_d8d7ee1c19_c

1-768x1152

5-768x1152

hatta-yuna-2016-day2-antelopevalley-by-aimanness-5

 

Şərhlər

Menyu