Fotoqraf Elmar Mustafazadənin “The Balvenie Craftsmanship Azerbaijan” çərçivəsində sərgisi keçirildi

the-balvenie-craftsmanship-azerbaijan_2
 

“William Grant & Sons” şirkətinin “The Balvenie Craftsmanship Azerbaijan” adlı unikal layihəsi çərçivəsində Bakıda azərbaycanlı fotoqraf Elmar Mustafazadənin əl işi ilə məşğul olan ustalara həsr olunmuş sərgisi keçirilib.

Tədbirdə fotoqrafın Gəncə, Şamaxı, İsmayıllı, Zaqatala, Göygöl və s. şəhər və rayonlarında yaşayan görkəmli sənətkarları nümayiş edən 15 işi təqdim olunub. Eyni zamanda, məhz sərgidə iştirak etmək məqsədilə Bakıya müxtəlif rayonlardan təşrif buyurmuş bir neçə sənətkarın əl işləri də nümayiş etdirilib. Belə ki, tədbirdə fotoşəkillərlə yanaşı dulusçu, dəmirçi, şəbəkə və silah ustaları, dülgər, düyü halvasısimli musiqi alətləri hazırlayan ustaların əl işlərini görmək mümkün idi.

“Bu sərgi əl işi ilə məşğul olan ustaların əməklərinin sirrini açır. Sərgi sənətkarların fotoşəkilləri və dulusçu, dəmirçi, dülgər, şəbəkə və silah ustalarının əl işlərini toplayıb. Ekspozisiyanın yaranmasına mənim Azərbaycan regionlarına etdiyim səyahətlər səbəb olub. Bu, mənim ilk fərdi sərgim idi, “The Balvenie Craftsmanship Azerbaijan” layihəsində iştirakıma şərait yaradan təşkilatçılara təşəkkürümü bildirmək istərdim”, – deyə fotoqraf Elmar Mustafazadə qeyd edib.

 “Sərgidə nümyiş olunan sənətkarların bütün işləri ötən dövrün texnologiyaları əsasında əi ilə hazırlanıb. Sərgi iştirakçıları tədbir çərçivəsində ölkənin müxtəlif regionlarından 15 görkəmli sənətkarın hekayəsi və onların hazırladıqları bəzi məmulatlarının tanış olublar. Mən fotoqraf Elmar Mustafazadəyə “The Balvenie Craftsmanship Azerbaijan” layihəsi çərçivəsində gördüyü işə görə təşəkkürümü bildirirəm və ona karyerasında növbəti uğurlaq qazanmağı arzulayıram”, – deyə The Balvenie”nin brend səfiri Dmitri Çerkaşın bildirib.
 
 
the-balvenie-craftsmanship-azerbaijan_7

the-balvenie-craftsmanship-azerbaijan_3

the-balvenie-craftsmanship-azerbaijan_4

the-balvenie-craftsmanship-azerbaijan_5

the-balvenie-craftsmanship-azerbaijan_6

the-balvenie-craftsmanship-azerbaijan_8

the-balvenie-craftsmanship-azerbaijan_9

the-balvenie-craftsmanship-azerbaijan
 
 

Şərhlər

Menyu