“Skandinaviya Evi” 10 yaşını möhtəşəm tədbirlə qeyd etdi!

1475996077960
 

Dekorasiyanın həyatımızdakı yeri və əhəmiyyəti danılmazdır. Həyatımıza təsir edən, bir anda interyerimizin ab-havasını dəyişən dekorasiya nümunələri və fikirlərinin hər keçən gün dəyişərək yeni trendlər meydana gətirməsini nəzərə alan, daim yeni və  yaradıcı aksiyaları ilə alıcıları tanış edən “Skandinaviya evi” mebel və aksessuarlar mağazası bu yaxınlarda fəaliyyətinin 10 illiyini qeyd etdi.

Fəaliyyətdə olduğu müddətdə orijinal aksessuar və mebelləri ilə hər kəsin diqqətini cəlb edən marka bugünlərdə yubiley tədbirini qonaqları ilə birlikdə unudulmaz şəkildə keçirir. Bu əziz gündə tədbirə qonaq olan  Zuleykha jurnalı fürsətdən istifadə edib “Skandinaviya evi”-nin PR meneceri Murad İsayevin illərdir çalışdığı şirkət haqda və onun sektordakı uğurları, yeni ideyaları haqqında qısa müsahibə almağa imkan tapdı.

 
 
1475996051137
– Murad bəy, Skandinaviya evinin Azərbaycanda 10 yaşı münasibətilə sizi Zuleykha komandası olaraq təbrik edirik! Mağazanız öz yaranma tarixini möhtəşəm tədbirlə qeyd edir, bugün burada xüsusi ab-hava yaşanılır, insan axını durmadan müşahidə olunur. Bugün təşkil etdiyiniz tədbir nələri əhatə edir?

– Təşəkkür edirəm. 2006-cı ildən fəaliyyətə başlayan “Skandinaviya evi” bugün artıq 10 illik yubileyini qeyd edir. Bu özəl günü əziz müştərilərimiz üçün təşkil etdiyimiz şənlik, maraqlı yarışmalar və möhtəşəm endirimlərlə qeyd edirik.

– Yubiley tədbiriniz neçə gün davam edəcək? Alıcıları nə kimi surprizlər və ya kampaniyalar gözləyir?

– Yubiley tədbirimiz 7-8-9 oktyabr tarixlərində 28 Mall AVM-in 1-ci mərtəbəsində yerləşən butikimizdə keçirilir. Qonaqlarımızı mətbəx bacarıqlarını nümayiş etdirəcəkləri yarışmalar, qəlbləri valeh edən canlı musiqi gözləyir.

– Söhbətimizə başlamamışdan öncə 2006-cı ildən hələ məişət əşyaları butiklərinin şəhərimizdə az olduğu dövrlərdə fəaliyyətə başlayan orijinal mağazanın yaranma tarixçəsini öyrənmək istəyərdik?

Doğrudur. 10 il öncə bu sektorda fəaliyyət göstərən çox az marka var idi. Bu ideya ilə bizim təsisçilərimiz məhz “Ambiente” adlı sərgidə tanış olublar. Orijinal məhsulların, dekorativ aksessuarların təqdim olunduğu bu tədbir təsisçilərimiz üçün ilham qaynağı oldu və belə bir fikir formalaşdı ki, Avropa brendlərinin təmsilçisi kimi dekorativ aksessuar və mebellerin təqdim olunduğu orijinal bir butik yaradılsın.

– Brend Şərq sayağı dekor üslubunun stereotiplerini dağıdaraq, alıcılara Avropa üslubunu sevdirə bilmişdir. Müşahidələrinizdən brendinizin bugünəcən şəhər sakinlərimiz tərəfindən sevilməyinin əsas səbəbini açıqlaya bilərsinizmi?

– Düşünürəm ki, müştərilərin bizi sevməyində əsas səbəb daim Avropanın aparıcı istehsalçıları ilə əməkdaşlıq edərək, yenilikləri izləməyimiz, geniş məhsul çeşidləri, əcnəbi brendlərin keyfiyyətli məhsullarının alıcılarımıza təqdim edilməsidir. Məhsullarımızın Avropa brendlərinə aid olması özündə keyfiyyətin daha yüksək olmasına gətirib çıxarır. Alıcılarımız hal-hazırda elektronik əşyalardan tutmuş, ev dekorasiyası üçün lazım olan hər bir məhsulu mağazamızdan əldə edə bilərlər. Zamanla keyfiyyətimizin göstəricisi alıcılarımızın bizə daimi bağlanmasına səbəb olmuşdur. Belə qənaətə gəlmək olar ki, insanlar bizi məhz buna görə də seçirlər. 
 

1475996001292
 

– Daim zövq oxşayan mebel və aksessuarlarla xüsusən xanımların favorit brendinə çevrilə bilmisiniz. Bəs məhsulların seçimində əsas deviziniz nədir?

– Həyatınızı zövqünüzə uyğun qurmağa imkan yaradan “Skandinaviya evi” butikinin əsas devizi müasir dizayn həlli, keyfiyyət və alıcılarımıza sərfəli qiymətə məhsulları təqdim etməkdir.

– Məhsullarınız hər zaman funksionallığı və ən əsası gözoxşayan dizaynları ilə fərqlənir. Bu sektorda sərfəli qiymətə, geniş çeşidli mebel və məişət aksessuarları təmin edən bir mağaza olaraq bu işin öhdəsindən necə gəlirsiniz?

– Şirkətimiz sektorun digər markaları ilə rəqabət içərisindədir. Bu rəqabət içərisində önə çıxmağımıza əsas səbəb geniş çeşid və keyfiyyətli məhsulların təqdim edilməsidir.

– Azərbaycanda mebel və aksessuar sektorunda uğurlu fəaliyyət göstərirsiniz. Fəaliyyətdə olduğunuz müddətdə gənc və dinamik bir şirkət olan “Skandinaviya evi” əsasən hansı ölkələrin brendlərini əhatə edir?

– Şirkətimiz daim yeniliklər və keyfiyyətli brendlər axtarışındadır. Müştərilərimizin istək və arzularını gerçəkləşdirmək üçün şirkətimiz daim yeni əməkdaşlıqlar edir, fərqli ölkələrdən olan mebel və ev aksessuarlarını tədarük edirik. Bunlar əsasan Avropanın aparıcı ölkələri olan Almaniya, Fransa, İspaniya və Danimarkadır.
 

1475996170466
 

– Maraqlıdır ki, “Skandinaviya evi” mağazasında alış-veriş etməyi sevənləri hansı yeniliklər gözləyir? Gələcək planlarınızı bizimlə bölüşə bilərdinizmi?

– Təsisçilərimiz sentyabr ayında Parisdə keçirilən “Maison-Objet” sərgisində iştirak etdi. Yeni trendlər, yaradıcı ideyalar və müxtəlif məhsul növləri ilə tanış olduq. Belə ki, yaxın müddətlərdə alıcılarımızı bir-birindən fərqli və rəngarəng məhsullar gözləyir.
 
 
Hazırladı: Röyalə Hüseynova
Foto: BakuPic Group
 
 
logo

“Skandinaviya evi”

28 Mallda 1-ci mərtəbədə
Bakı, Azərbaycan, Səməd Vurğun 86
Bakı, Azərbaycan, Babək prospekti, 10
Tel: +994 77 713 50 50
 
 
1475996022470
1475996111990
1475995965387
1475995682800
1475995933733
1475995831244
1475995907991

{"total_effects_actions":0,"total_draw_time":0,"layers_used":0,"effects_tried":0,"total_draw_actions":0,"total_editor_actions":{"border":0,"frame":0,"mask":0,"lensflare":0,"clipart":0,"text":0,"square_fit":0,"shape_mask":0,"callout":0},"effects_applied":0,"uid":"D5899214-4D6B-4409-9602-A7A8770430E8_1475995521521","width":2592,"photos_added":0,"total_effects_time":0,"tools_used":{"tilt_shift":0,"resize":0,"adjust":0,"curves":0,"motion":0,"perspective":0,"clone":0,"crop":0,"enhance":0,"selection":0,"free_crop":0,"flip_rotate":0,"shape_crop":0,"stretch":0},"source":"editor","origin":"gallery","height":1728,"subsource":"done_button","total_editor_time":102,"brushes_used":0}

 
 

Şərhlər

Menyu