100 illik yubiley! ROSENTHAL Bakıda süfrə bəzəyi üzrə incəsənət axşamı keçirdi

2
 

2016-cı ildə farfor incəsənəti dünyasında iki vacib hadisə baş verib. Onlardan biri Rosenthal qab-qacaq brendinin təsisçisi Filipp Rozentalın 100 illik yubileyi, eləcə də onun yeni Palazzo ROROLa Medusa kolleksiyalarının buraxılışıdır. Son kolleksiya farfor evinin sadiq tərəfdaşı Versace ilə əməkdaşlıqda hazırlanıb.

 
 
8
 

Bu mühüm hadisələrlə bağlı sentyabrın 30-da Rosenthal-Cristofle-Herend butikində Rosenthal-Sambonet şirkətinin dizayneri Kristina Şuykiçin iştirakı ilə farfor incəsənəti axşamı təşkil olunub. Xanım Şuykiç axşamın qonaqları ilə nəfis süfrə masası hazırlanması sirlərilə bölüşüb, bunu əyani olaraq Rosenthal qabları və Sambonet çəngəl-bıçaqları ilə nümayiş edib. Təqdimatın birinci hissəsində xanım dizayner stolu klassik şəkildə ustalıqla bəzəyib və ikinci hissədə isə masa gözlənilmədən modern üslubunda qonaqları heyran edib.

Rosenthal farfor evinin Versace ilə əməkdaşlığı 20 ildən çoxdur ki, davam edir. 1993-cü ildə alman dizayneri Pol Vanderlix marka üçün Mythos dəstinin layihəsini hazırlayıb. Onun incə formaları Versace eskizləri üzrə dekorasiya edilən Medusa dəstindən ilhamlanıb. Əsas motiv Qorqona Meduzasının başıdır. Meduza təkcə qab-qacaq deyil, eləcə də qədəh və digər bir çox dekorativ aksessuarlardan ibarətdir.
 

7
 

Palazzo RORO servizi dahi memar Valter Qropuisin işlərindən ilhamlanıb və dizayner Evelina Vişevskaya tərəfindən hazırlanıb. Serviz 3D texnikasının istifadəsi ilə yaradılıb, iti struktur isə parlaq və tutqun qızıl hesabına hərəkət illüziyası yaradır. Avanqardla birləşən ənənələrə sadiqlik, gözəllik və nəfislik Rosenthal qab-qacağının əsas konsepsiyasıdır, onlarsız süfrə stolunun hazırlanması və müasir interyerlər təsəvvürə belə gəlmir.

Brendin yenilikləri ilə butikin sosial şəbəkələrdəki hesablarından tanış olmaq olar.
 
 
rgh-logo
 
 
 
Ünvan: 28 May, 5С.
Теl:. 493 20 59
Facebook:@Rosenthal-Christofle-Herend
Instagram: @rosenthal_christofle_herend
 
 

10

1

4

3

5

6

9
 
 

Şərhlər

Menyu