Sabina Şahidən yoqaya başlamağa 10 səbəb!

sabina-4
 
 

İnsanın ruhi, mental və fiziki hüzura çatmasına köməkçi olan yoqa daxili dünyamızın zənginləşməsini, xarici dünya ilə bir bütün olmasını, mənəvi xoşbəxtliyi tapmağı məqsəd güdür. Azərbaycanda ilk dəfə yoqanın müxtəlif cərəyanlarını əhatə edən “Yoga Shahi” məktəbinin təsisçisi, yoqa elmini cəmiyyətimizdə aktiv maarifləndirən  Sabina Şahi bu sahəyə qatdığı töhvələr ilə hər kəsin diqqət mərkəzindədir. O zaman təcrübəli mütəxəssisin fikrincə yoqaya başlamağın 10 səbəbini Sizinlə də paylaşırıq:

 

– İlk növbədə onurğa sütunu. Yoqa bel sütununun çevik və sağlam olmağına imkan yaradır. Hindistanda “Sağlam onurğa sütunu əbədi cavanlığın sirridir” deyirlər. Siz sağlam onurğa sütununa sahib olduqda bir çox xəstəliklərdən də qorunursunuz.

– Müsbət dalğalar. Yoqa insanlara xoşbəxtlik gətirir. Yoqa məşğələləri zamanı qana endorfin, serotonin və oksoksitosin maddələri axışır. Bunlar isə sevinc, zövq və sevgi hormonlarıdır.

Yoqa bizi güclü və dözümlü olmağa vadar edir. Güclü əzələlər, möhkəm oynaqlar və sümüklər yoqanın faydalarındadır. O sümükləri, oynaqları möhkəmləndirir, əzələ toxumasını canlandırır. Buna görə bir çox fitness pərəstişkarı əlavə təcrübə kimi yoqanı seçir və hətta yoqanı gündəlik yorucu məşqləri ilə əvəz edirlər.

– Məmnuniyyətlə arıqla. Yoqa bizə sağlam şəkildə çəki atmaq imkanı verir! Yoqa ilə məşğul olan zaman metobolizm düzgün çalışır, orqanizmdə lazımsız maddələrin toplanmasının qarşısı alınır. Əlbəttə ki, bu aerobika təlimlərindəki kimi qısa müddətdə olmayacaq. Lakin nəticədə artıq çəki sizə geri qayıtmayacaq!

Yoqa bizə sakit və hüzurlu həyat bəxş edir. Yoqa məşğələləri müxtəlif növ gərginliklərə qarşı sinir sisteminin dayanıqlığını artırır və “reaksiya verməmək” kimi vacib bacarıqları öyrədir.

– Geniş düşünmə bacarığı. Yoqa bizə daxili azadlıq və gümrahlıq əldə etməyə imkan verir. Bu necə baş verir? Yoqa məşğələləri zamanı biz xüsusi texnikalarla şüur və təhtəlşüurumuzu təmizləyirik. Bu zaman isə qəlbimizin həqiqi səsini eşidə bilərik.

– Enerji yüksəkliyi, yüksək immunitet və sağlam yuxu. Yoqa yuxu probleminin də qarşısını alır. Eləcə də, yoqa bizim immunitet sisteminə birbaşa təsir göstərir.

– Qan dövranı və təzyiqi normallaşdırır. Yoqa təzyiqi normallaşdırır, kifayət qədər oksigen qəbulu nəticəsində orqanlar, o cümlədən, ürək lazımi qədər qidalanır və daha yaxşı işləməyə başlayır.

– Elastiklik bəxş edir. Yoqa əzələləri möhkəmləndirir, hərəkətə incəlik, rəvanlıq bəxş edir.

– Yoqanı dünyada zəngin daxili aləmi və qadınların aparıcı rolu. Yoqa bizə daxili aləmimizi açmağa imkan verir. Hər bir qadın bənzərsizdir və öz ilahi təbiətinə görə unikaldır. Amma hər qadın öz gözəlliyini dərk edə bilmir. Yoqa özündə olan inamsızlıq, qorxu və şübhə hislərindən xilas olmağa kömək edir. Hesab edirəm ki, dünya qadınlar ətrafında fırlanır və yalnız qadın bir anda bütün dünyanı yarada və dağıda bilər!

Şərhlər

Menyu