Orxan Aslanov: “My Azerbaijan Vətənimizin füsünkar mənzərəsini canlandıran ilk layihə oldu”

_15a4958
 
 
Odlar yurdu Azərbaycan… Tarix qoxan abidələri, füsünkar təbiəti, buludların gizlətdiyi zirvələri, qalın meşələri, gur çayları, zəngin mədəniyyəti ilə vətənimizin hər güşəsi əsrlərdir dünyanın diqqət mərkəzindədir.
 
Zuleykha jurnalı Azərbaycanın heyrətamiz gözəlliklərini “My Azerbaijan” layihəsi çərçivəsində dünyada tanıdan, məşhur fotoqraf Orxan Aslanovla xoş söhbətimizi sizlərə təqdim edirik.
 
 
_15a4890
_15a5206
 
 
– “My Azerbaijan” layihəsi ilə hər kəsin diqqətini üzərinizə çəkməyi bacardınız. Bəs bu layihənin yaradılması fikri nə zaman formalaşdı?
 
– “My Azerbaijan” layihəsi ağlımda hələ 3-4 il bundan əvvəldən formalaşmışdı. Layihəni reallaşdırmağım isə 2 il öncə baş tutdu. Səyahətimizə zəngin təbiəti ilə gözoxşayan Qax, Gədəbəy, Gəncə, Toğana, Şəmkir, Tovuz bölgələrindən başladıq. İlk səyahətimdə mənimlə birlikdə yoldaşım və qaynanam da var idi. Zamanla bu layihə məndə böyük həvəs oyatdı və mən anladım ki, gələcək zamanlarda bütün Azərbaycanı gəzməliyəm.
 
– Bəs “My Azerbaijan” layihəsinin yaradılmasında əsas məqsəd nə idi?
 
– Layihənin fəaliyyətinin ilk günlərində heç bir məqsədimiz yox idi. Bu bizim üçün sadəcə zövqverici bir istirahət idi. Dostlarımla şəhərin stressindən, tıxaclardan, işdən uzaqlaşmaq və təbiətin gözəlliklərini qəlbimizin dərinliklərində hiss etmək üçün səyahətlər edirdik. Bir müddət sonra düşündüm ki, bu qədər səyahətlər edirik, şəkillər çəkirik, bunlardan maraqlı bir layihə yaratmaq olar. İnternetdə Azərbaycan haqda şəkilli, məlumatlı resursların mövcüdluğunu araşdırdım. Mən Avropada, Amerikada ya başqa bir yerdə yaşayan adi Azərbaycan vətəndaşı olaraq öz vətənimə, təbiətimə, şəhərimə baxmaq istəyirəm. Bəs bu cür layihə varmı? Mən anladım ki, bu yoxdur. O zaman qərara gəldik ki, belə bir layihə yaradaq. Bu layihənin adını “My Azerbaijan” adlandırdıq.
 
– Sizin fikrinizcə, Azərbaycanda belə bir layihə niyə mövcud olmayıb?
 
– Bilirsiniz, bu cür layihələrdə gəlir mənbəyi olmur. Bizim də bu layihədən heç bir maddi gəlirimiz yoxdur. Ancaq biz bundan xüsusi biz zövq alırıq. Əvvəllər Azərbaycanla bağlı fotoşəkillər az idi. Ancaq sevindirici haldır ki, son zamanlarda sosial şəbəkələrdə bu cür şəkilləri artıq görməyə başlayırıq. Proyektin nəticəsi olaraq isə deyə bilərəm ki, Azərbaycanın bütün əlçatmaz yerlərinə səyahət etmişik.
 
 
_15a5500
_15a5512
 
– Sizcə, layihənizin üstün tərəfləri nələrdir?
 
– Bu proyektin heç bir mənfi cəhəti yoxdur. Bu layihə məhz Vətənə olan sevgi, təbiət eşqi, dostluq üzərində qurulub. Ancaq hər bir işin mənfi cəhətləri mövcuddur. İnsan ömrü çox qısadır və bu qısa ömrü biz o mənfi cəhətlərin üzərində dayanaraq yaşamamalıyıq. Daim səyahət etmək, yeni mənzərələr görmək, fotolar çəkmək və bundan ləzzət almaq lazımdır. Əyalətlərdə tanımadığımız insanların bizi evlərinə dəvət etmələri, bizimlə olan münasibətlərini heç nə ilə əvəz etmək olmur. Bizim üçün əsas olan yeni tanışlıqlar, yeni münasibətlər, yeni emosiyalar, yeni hislərdir. Bizə bir çox ölkələrdən “Çox sağ olun bizə öz ölkəmizi göstərirsiniz” yazılan alqış məktubları gəlir. Bu cəhətdən bu layihə bizim qürur mənbəyimizdir.
 
– Komandanız kimlərdən ibarətdir?
 
– Adlarını çəkmək istərdim. Fariz Quliyev, Şəhriyar Kəyani, Murad Aslan, Rüfət Rəcəbov və mən… Ən əsas da bizim xalqımız. Bəli, komandamız bu şəxslərdən ibarətdir.
 
 
_15a9303
 
– Bu layihədə nə kimi çətinliklərlə rastlaşmısınız?
 
– Səyahətimiz ekstremal olduğu üçün biz sözsüz ki, müəyyən problemlərlə rastlaşmışıq. Əslində bunları problem də adlandırmaq olmaz. Bunlar kiçik problemlərdir. Kimi yıxılır, özünü yaralayır və ya maşınımız dağda ilişir qalır və s. Bunların hamısı bizim üçün çox maraqlıdır. Son səyahətimizdə biz Qəbələyə getmişdik. Orda Mucuq şəlaləsinə qalxmaq olduqca çətindir. Hətta bir anlıq öz-özümə dedim: “Orxan, sən bura niyə gəlmisən?” Ancaq nə zaman ki, çətinlikləri aşıb şəlaləyə çatdıq, anladıq ki, bu çətinliklərə dəyərmiş.
 
– Layihə çərçivəsində rastlaşdığınız maraqlı hadisələr olubmu?
 
– Hər səfərimiz maraqlı anlarla yadda qalıb. Bunlar çox uzun mövzulardır. Yeni tanışlıqlar, yeni səyahətlər, yeni insanlar bunlar əlbəttə ki, çox maraqlıdır.
 
 
_15a5412
_15a5016
 
 
– Layihəniz Azərbaycandan kənarda səs saldı.  Xarici ölkələrdə nə kimi təbliğatlar aparılır? Bu layihə hansı şəhərlərdə və ya qalereyalarda göstərilib?
 
– Bizə layihəmizlə maraqlanan çox ölkələrdən zənglər gəlir və onlar öz qalereyalarında layihəni görmək istəyirlər. Biz fotolarımızı məmnuniyyətlə, Rusiya, Amerika, Avropa hətta Pitiqorska kimi bir çox ölkələrə göndərmişik. Bu yaxınlarda Lüksemburqda sərgimiz təşkil olundu. Tezliklə isə Brüsseldə sərgimiz baş tutacaq. Oktyabrın 7-də isə Bakıda Port Bakuda “My Azerbaijan” sərgimiz keçiriləcək.
 
– Xarici vətəndaşların layihənizə reaksiyası necə olub?
 
– Onlar təəccüblənirlər. Bizim Lüksemburqda baş tutan sərgimizdə nəinki xarici vətəndaşlar, həmçinin həmyerlilərimiz də heyran idilər. Xarici vətəndaşlar Azərbaycanın bu cür gözəllikləri qarşısında heyran dolu baxışlarını gizlədə bilmədilər. Mənə tez-tez sosial şəbəkələrdə əcnəbilər Azərbaycanın gəzməli, görməli yerlərini soruşurlar. Bu da layihəmizin uğurunun nəticəsidir.
 
– Layihənizin gələcəkdə nə kimi planları var?İnkişaf planınız nələrdən ibarətdir?
 
– Biz artıq bütün Azərbaycanı gəzmişik. Dostlarım, tanışlarımla rastlaşdıqda onlar tez-tez soruşurlar “Nə oldu? Layihə bitdi?”- Xeyr, əslində layihə inkişaf mərhələsinin pik nöqtəsindədir. Bəs biz indi nə edirik? Biz indi şəkillərimizi paylaşırıq, sərgilər təşkil edirik və çalışırıq ki, layihəmizi tanıdaq.
 
 
Hazırladı: Röyalə Hüseynova / Nigar Məmmədli
 
 
_15a8844_1_1

Qusar

_15a7270_1

Qəbələ

_15a0811_1_1

Qax

b8410171_2_1

Şamaxı

b8413679_1_1

İsmayıllı. Lahıc kəndi

b8412912_1

Şamaxı

b8410731_1

Quba. Xınalıq kəndi

b8415241_1

Kəpəz dağı

b8410102_1

İsmayıllı

_c1a1801-as-smart-object-1_1

Zaqatala. Qəbizdərə

b8410016_1_1

Gədəbəy

b8415081_1

Qusar. Daqar kəndi

b8409861_v2_1_1

Qobustan

b8407712_1_3_1

1_1

Gədəbəy

b8406900_1_1_1

Gədəbəy
4q8a2941_final_1

4q8a6531_1_1

Şərhlər

Menyu