İşgüzar xanımların makiyaj səhvləri

img_8919
 

Makiyaj hər qadının həyatında önəmli yer tutur. Ofis peşəkarları makiyajdan nə qədər az istifadə etsələr də, bu məsələdə istisna deyillər.  İşə gedərkən nə geyinəcəyimizi seçdiyimiz kimi,  makiyajımızı da bütöv obrazımıza uyğunlaşdırmağa çalışırıq. Xüsusən bu zaman xanımlar bəzi makiyaj səhvlərinə yol verirlər. 

Axı siz işgüzar görüşlər zamanı yerinə düşməyən cazibədarlıq təəssüratı bağışlamaq istəmirsiniz.. 

 
 
bus-make-up
 

Metallik rənglərdən istifadə: Ziyafət üslubuna daha çox uyğun gələn, qeyri-peşəkar görüntü bəxş edən bu detaldan uzaq durmağınız vacibdir. Dərinizə parlaqlıq qatmaq üçün isə “strobing” texnikasından istifadə edərək daha sağlam və təbii bir işıltıya sahib ola bilərsiniz.

Həddindən artıq tonal krem: Artıq miqdarda istifadə edəcəyiniz tonal və pudra ətrafınızdakılara maskalanmış, qeyri-səmimi, peşəkarlıqdan uzaq təəssüratı bəxş edəcək. Rəngli nəmləndiricilər bu işdə sizdə kömək olacaq.

Dodaq parladıcısı: Parlaq dodaqlar bir çox xanımın gecə makiyajında istifadə etdiyi favorit məhsuldur. Gündəlik istifadə zamanı daha açıq tonlu, mat dodaq boyalarından istifadə etməklə daha təbii makiyaj əldə edəcəksiniz.

Diqqətsiz konturlanmış makiyaj: Günümüzdə konturlama texnikası dəbdə olsa da işə gedərkən tətbiqetməyə diqqət etmək önəmlidir. Dərinizin rəngindən bir və ya iki ton tünd kontur vasitəsindən istifadə etməklə təbii və gündəlik makiyaj əldə edə bilərsiniz. Diqqət etməli olduğunuz ən vacib detallardan biri də sərt konturlamalardan uzaq durmaqdır.

Ənlik istifadə etməyi unutmayın: İsti və təbii tonlarda istifadə edəcəyiniz ənlik dərinizə rəng qataraq daha təbii və sağlam görünüş qazanmaq üçün çox vacibdir.
 
 

Hazırladı: Nazlım Veyisova
 
 

Şərhlər

Menyu