Bakıda VII Avropa film festivalı keçiriləcək

film_festival_poster_260716
 

Avropa İttifaqı nümayəndəliyi və üzv dövlətlərin iştirakı ilə Bakıda ənənəvi olaraq keçirilən Avropa Film Festivalı bu il 3-12 noyabr tarixlərində baş tutacaq.

10 gün ərzində davam edəcək festival iştirakçı ölkələrin və tamaşaçıların, eləcə də festivalda təmsil olunacaq filmlərin sayı baxımından daha irimiqyaslı hesab olunur.

Tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında filmlərlə yanaşı, animasiya və sənədli işlər də təqdim olunacağı festival mədəni əlaqələrin daha da inkişaf etdirilməsi məqsədini daşıyır.

Sayca 7-ci dəfə keçiriləcək Avropa film festivalında Azərbaycan, Almaniya, Avstriya, Belçika, Çexiya, Estoniya, Finlandiya, Böyük Britaniya, Xorvatiya, Ruminiya, İtaliya, Fransa, İspaniya, Latviya, Macarıstan, Bolqarıstanİsveçdə istehsal olunmuş filmlər nümayiş olunacaq.

Şərhlər

Menyu